Redaktor
"Bitcoin" 80 min dollara yaxınlaşır
Kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunur.
Valyuta.az xəbər verir ki, dünyanın aparıcı kriptovalyutası olan “Bitcoin” son 24 saatda 2,26% bahalaşaraq 79 988,94 dollar səviyyəsinə yüksəlib.
“Ethereum” da bazardakı müsbət tendensiyaya qoşularaq 3,15% artım göstərib və 2 376,06 dollar olub.
“Tether” isə sabitliyini qorumağa çalışsa da, cüzi eniş qeydə alınıb - kriptovalyuta 0,01% azalaraq 0,9996 dollar səviyyəsində qərarlaşıb.
“Solana” gün ərzində 1,95% bahalaşaraq 85,36 dollara yüksəlib və bazarda müsbət aktivlər sırasında yer alıb.
“Dogecoin” isə daha güclü artım nümayiş etdirərək 4,25% bahalaşıb və 0,1125 dollar səviyyəsinə çatıb.