BVF 2032-ci ilədək Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozlarını açıqlayıb

Redaktor

28.05.2026 10:20
247

BVF 2032-ci ilədək Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozlarını açıqlayıb

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın iqtisadiyyatının 2026-cı ildə 2,2 faiz artacağını, 2027-2031-ci illərdə isə artımın hər il 2,5 faiz səviyyəsində sabitləşəcəyini gözləyir.

Valyuta.az "Trend"ə istinadən xəbər verir ki, BVF-nin proqnozlarına əsasən, ölkənin neft və qaz hasilatı və emalını əhatə edən neft sektoru 2026-cı ildə 2 faiz azalacaq.

Sonrakı dövrdə isə azalma tempi 2027-2031-ci illərdə hər il 0,5 faizə qədər zəifləyəcək.

Eyni zamanda, BVF qeyri-neft ÜDM-inin 2026-cı ildə 3,7 faiz, 2027-ci ildə isə 3,8 faiz artacağını, daha sonra 2028-2031-ci illərdə hər il 3,5 faiz səviyyəsində sabitləşəcəyini proqnozlaşdırır.

BVF yaxın illərdə Azərbaycanın nominal ÜDM-ində davamlı artım da proqnozlaşdırır. Gözlənilir ki, nominal ÜDM 2026-cı ildə 78,372 milyard dollar təşkil edəcək, 2027-ci ildə 83,060 milyard dollara, 2028-ci ildə 88,175 milyard dollara, 2029-cu ildə 93,718 milyard dollara və 2030-cu ildə 99,600 milyard dollara yüksələcək, 2031-ci ildə isə 105,923 milyard dollara çatacaq.

“Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə əsaslı şəkildə diqqət yetirir, çünki karbohidrogen hasilatının azalması iqtisadi perspektivlərə təzyiq göstərir. Gözlənilir ki, karbohidrogen sektorunda davam edən zəiflik və qeyri-neft ÜDM artımının müəyyən qədər sürətlənməsi fonunda iqtisadi artım 2026-cı ildə yalnız cüzi şəkildə sürətlənəcək. Neft hasilatının azalmasının orta müddətli perspektivdə ümumi iqtisadi artımın təxminən 2,5 faizə qədər yavaşlamasına səbəb olacağı gözlənilir”, - deyə BVF-də bildirilib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...