Redaktor
“Caspian Finance”ın mənfəəti 3,4 dəfə artıb
"Caspian Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 1 milyon 284,682 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az xəbər verir ki, BOKT 2024-cü ili 377,226 min manat xalis mənfəətlə tamamlamışdı. Beləliklə, şirkətin xalis mənfəəti illik müqayisədə 907,456 min manat və ya 3,4 dəfə artıb.
Hesabat dövründə "Caspian Finance"ın xalis faiz gəlirləri də əhəmiyyətli yüksəliş göstərib.
Belə ki, 2025-ci ildə xalis faiz gəliri 4 milyon 414,993 min manat təşkil edib.
Bu göstərici 2024-cü ildə 1 milyon 622,437 min manat olub.
Nəticədə xalis faiz gəlirləri 2 milyon 792,556 min manat və ya 2,7 dəfə artıb.
Şirkətin cəmi aktivləri 2025-ci ilin sonuna 18 milyon 273,880 min manata çatıb.
Bu isə 2024-cü ilin sonundakı 9 milyon 271,217 min manatlıq göstərici ilə müqayisədə 9 milyon 2,663 min manat və ya 97,1% çoxdur.
"Caspian Finance"ın cəmi öhdəlikləri də artaraq 2025-ci ildə 8 milyon 245,157 min manat olub.
Halbuki 2024-cü ildə bu göstərici 4 milyon 27,176 min manat təşkil etmişdi. Beləliklə, öhdəliklər 4 milyon 217,981 min manat və ya 2 dəfə artıb.
Müştərilərə verilən kreditlərin həcmi isə 2025-ci ildə 14 milyon 159,462 min manat olub.
2024-cü ildə bu göstərici 8 milyon 841,682 min manat təşkil edib.
Nəticədə kredit portfeli 5 milyon 317,780 min manat və ya 60,1% böyüyüb.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
02.06.2026“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®
02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi
02.06.2026Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb
02.06.2026Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb
02.06.2026