Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı

Redaktor

29.05.2026 11:08
98

Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı

"Blue Origin" şirkətinin "New Glenn" daşıyıcı raketi Florida ştatının Kanaveral burnundakı 36 nömrəli kompleksində sınaq zamanı partlayıb.

Valyuta.az "Oxu.az"a istinadən xəbər verir ki, bu, "NASASpaceFlight.com" saytının canlı yayımından məlum olub.

Hadisə yerli vaxtla cümə axşamı təxminən saat 21:00-da (Bakı vaxtı ilə cümə günü saat 05:00-da - red.) baş verib.

"Blue Origin" şirkəti "X" hesabında sınaq zamanı anomaliyanın baş verdiyini təsdiqləyib. Şirkətin sahibi, ABŞ milyarderi Ceff Bezosun sözlərinə görə, bütün işçilərin təhlükəsizliyi təmin edilib və heyət üçün heç bir təhlükə yoxdur. O vurğulayıb ki, qəzanın səbəbi ilə bağlı nəticə çıxarmaq hələ ki, tezdir.

Məlumata görə, partlayış o qədər güclü olub ki, Kanaveral-Keyp və Koko-Biç sakinləri evlərində titrəmələrin olduğunu və səmada parlaq parıltı görüldüyünü bildiriblər. Yerli hakimiyyət orqanları mümkün yanacaq sızmaları səbəbindən hər hansı təhlükə olmadığını qeyd ediblər.

Sınaqlar "New Glenn"in qarşıdakı həftələrə planlaşdırılan dördüncü buraxılışına hazırlıq məqsədilə aparılıb. Sınaq zamanı göyərtədə aparatlar olmayıb. Buraxılış infrastrukturuna dəyən ziyanın miqyası hələ ki, müəyyən edilməyib.

"New Glenn" "Blue Origin" tərəfindən kommersiya, elmi və milli missiyalar üçün hazırlanmış ağır sinifli raketdir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...