Redaktor
"Finex Kredit" ili 1,37 milyon manat zərərlə bağlayıb
2025-ci ildə “Finex Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 1 milyon 373,52 min manat zərərlə işləyib.
Valyuta.az xəbər verir ki, BOKT 2024-cü ili 1 milyon 260 min manat mənfəətlə başa vurmuşdu.
“Finex Kredit” ASC-nin faiz gəlirləri də azalıb.
BOKT-un faiz gəlirləri 2025-ci ildə 570,72 min manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 123,59 min manat və ya 17,8% azdır.
Belə ki, 2024-cü ildə təşkilatın faiz gəlirləri 694,31 min manat olub.
BOKT-un cəmi aktivləri 2025-ci ildə 1 milyon 859,57 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 1 milyon 929,73 min manat və ya 50,93% azalma deməkdir.
2024-cü ildə təşkilatın cəmi aktivləri 3 milyon 789,30 min manat olub.
“Finex Kredit” ASC-nin cəmi öhdəlikləri isə illik müqayisədə 1 milyon 793,59 min manat və ya 68,06% azalaraq 841,73 min manata düşüb.
2024-cü ildə BOKT-un cəmi öhdəlikləri 2 milyon 635,32 min manat təşkil edib.
Təşkilatın 2025-ci ildə cəmi kapitalı 1 milyon 18,14 min manat olub.
Bu, illik müqayisədə 135,84 min manat və ya 11,77% azalma deməkdir.
“Finex Kredit” ASC-nin 2024-cü ildə cəmi kapitalı 1 milyon 153,98 min manat təşkil edib.
Tənzilə Ağabalayeva