Hər kəsin 40 yaşlarında yol verdiyi investisiya səhvi

Redaktor

29.12.2025 12:07
710

Hər kəsin 40 yaşlarında yol verdiyi investisiya səhvi

40 yaşa çatdıqda bir çox insan maliyyə baxımından sabit vəziyyətdə olduğunu düşünə bilər. Lakin maliyyə planlaşdırıcıları bildirir ki, məhz bu onillikdə demək olar ki, hər kəsin yol verdiyi və ən zərərli nəticələrə səbəb olan investisiya səhvi ortaya çıxır. Müxtəlif prioritetlərin toqquşması qənaətin təxirə salına biləcəyi hissini yaradır və pis vərdişlər gələcək maliyyə sabitliyini təhlükəyə ata bilər.

Mütəxəssislər insanların 40 yaşlarında etdikləri ən böyük investisiya səhvini (və digər səhvləri) izah edərək, bu səhvlərin təqaüd dövrünü necə poza biləcəyini və bunun qarşısını necə almağın yollarını açıqlayıblar.

Ən böyük səhv: investisiyanı təxirə salmaq

"Silicon Beach Financial" şirkətinin sahibi və sertifikatlı maliyyə planlaşdırıcısı Kristofer Stroup bildirir ki, bir çox insan 40 yaşlarında gəlirinin artacağını, həyatın daha sakitləşəcəyini və ciddi investisiya üçün hələ vaxtlarının olduğunu düşünür. Amma qənaətin az olması və həddindən artıq riskli qərarların verilməsi ən zərərli səhvdir.

“Bu yaşda ipoteka ödənişləri, uşaqların xərcləri və yaşlanan valideynlərə qayğı kimi məsuliyyətlər qənaətin təxirə salına biləcəyi illüziyasını yaradır,” — deyə o qeyd edir.

Bəzən səhv qənaətin düzgün istiqamətdə olmaması ilə bağlı olur. Məsələn, yalnız iş yerindəki səhmlərə yönəlmiş portfellər, qeyri-müntəzəm töhfələr və ya gəliri kifayət qədər artırmayan həddən artıq konservativ investisiyalar bu qəbildəndir.

Nəticədə isə, bu, ciddi maliyyə problemlərinə səbəb ola bilər. “40 yaşda az qənaət etmək gələcəkdə təqaüd üçün töhfələri kəskin şəkildə artırmağı və ya təqaüdü təxirə salmağı tələb edə bilər. Bu zaman faiz gəlirlərinin toplandığı effekt (kompound artım) itirilir və risklər düzgün idarə olunmur.”

Digər tez-tez rast gəlinən səhvlər:

Yaşayış səviyyəsinin yavaş-yavaş artmasına yol vermək - "Concierge Wealth Management" şirkətinin maliyyə planlaşdırıcısı Julian B. Morris deyir ki, bu yaş dövründə insanların əksəriyyəti özlərini daha çox şeyə layiq görür: yeni avtomobil, daha böyük ev, bahalı geyimlər və s. Bu isə, əslində, sərvət qurmaq əvəzinə, yaşayış səviyyəsinin yüksəlməsi ilə sərvətin əriyib getməsinə səbəb olur.

“O insanlar ki, ‘Görünür, yaxşı qazanıram, amma bu pullar hara gedir, bilmirəm’ deyirlər — bax, onlar gəlirlərini izləməyi və qənaətə önəm verməyi öyrənməlidirlər.”

Kompound artım imkanını qaçırmaq:

Morris vurğulayır ki, 40 yaşlar çox vaxt insanın ən yüksək gəlir əldə etdiyi dövrdür, yəni bu dövr “kompound artımın güc dövrü” hesab olunur. Bu vaxt investisiyanı təxirə salmaq niyyəti ilə olsa belə, son nəticədə daha böyük itkilərə səbəb ola bilər. Uşaq xərcləri, valideynlərə qayğı, ipoteka və karyera dəyişiklikləri arasında insanlar özlərinə “Hər şey sakitləşəndə qənaət edərəm” deyirlər. Amma Morris xəbərdarlıq edir: “O sakit dövrü gözləmək, sərvət qurmaq imkanını əldən verməyə səbəb olur.”

40 yaşda düzəlişlər etmək mümkündür

Stroup deyir ki, bu səhvləri düzəltmək tam mümkündür. İlk addım realist pul axını planı hazırlamaqdır. Daha sonra qənaəti avtomatlaşdırmaq, hesabları sadələşdirmək, israfçı xərcləri azaltmaq və müxtəlif investisiya portfeli qurmaq tövsiyə olunur. O, müştərilərinə 40 yaşında illik maaşlarının təxminən 3 qatını, 45 yaşında isə 4-5 qatını qənaətdə saxlamağı tövsiyə edir.

Bununla belə, o vurğulayır:
“Ən təsirli vərdiş — davamlı və avtomatik qənaətin daha yüksək töhfə dərəcəsi ilə həyata keçirilməsidir.”

Riskləri yenidən nəzərdən keçirmək və ağıllı portfel qurmaq:

Stroup bildirir ki, 40 yaşda insanlar hələ də kapital artımı üçün investisiya etməlidirlər, amma risklərin bölüşdürülməsi və diversifikasiya vacibdir. Təkcə iş yerindəki səhmlərə yönəlmək, çox ehtiyatlı portfellər və emosional bazar reaksiyaları investorların inkişafını əngəlləyə bilər. “Fərqli aktiv növlərinə investisiya qoyun, iş yerinə məxsus səhmlərin çoxluğundan çəkinin və uzunmüddətli artım üçün səhmlərə məruz qalmağa davam edin,” — deyə o əlavə edir. “Portfeli mütəmadi olaraq yenidən balanslaşdırmaq və düzəlişlər etmək vacibdir.”

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Meta rekord gəlirdən sonra altı rəhbərə yüz milyonlarla dollarlıq opsion verdi, 8 min işçini ixtisar etdi

24.06.2026

Bir çox banka məxsus kartlardan vəsait silinir: SƏBƏB AÇIQLANDI - YENİLƏNİB

24.06.2026

"Süni intellekt dövründə insanın ən böyük üstünlüyü onun proqnozlaşdırıla bilməməsidir"

24.06.2026

"Bitcoin"də fırtına öncəsi səssizlik? - Mütəxəssislərdən yeni proqnoz

24.06.2026

Bakıda inzibati bina 8,9 milyon manata təmir ediləcək

24.06.2026

Ölkəmizdə keçirilən Biznes Liderləri Zirvəsi uğurla yekunlaşdı!

24.06.2026
"AccessBank"ın kredit kartı neçə min manat təklif edir?

"AccessBank"ın kredit kartı neçə min manat təklif edir?

24.06.2026

İnvestorun portfel gəlirliliyini azaldan 5 səhv

24.06.2026

Tez xoşbəxtlik iqtisadiyyatı: ucuz dopamin bizi həyatın dadından necə məhrum edir?

24.06.2026

"Azərsun Holdinq" qrupuna bağlı olan şirkətlər birləşdirilir

24.06.2026

Bakı–Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı

24.06.2026

SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq! ®

24.06.2026

“SK Hynix” ABŞ-da 29 milyard dollar cəlb etmək istəyir

24.06.2026

“Sığorta ödənişləri 900 milyon manatı ötüb"

24.06.2026

Aylıq xalis gəliri 5 min manat olan restoran biznesi satışa çıxarılıb

24.06.2026

Bakıda və rayonlarda yağış yağacaq

24.06.2026

4 postsovet ölkəsində pensiya islahatları niyə uğursuz oldu? - Çaba Nadj açıqladı

24.06.2026

“PensionsEurope” rəhbəri: “Heç bir pensiya modeli təkbaşına bütün hədəflərə cavab verə bilməz”

24.06.2026
Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?

Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?

24.06.2026

ASA sədri: “Məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır”

24.06.2026

Məzənnə

Yüklənir...