İnglis dili bilmədən "remote" iş tapa biləcəyiniz platformalar

Redaktor

30.12.2025 09:25
1,421

İnglis dili bilmədən "remote" iş tapa biləcəyiniz platformalar - SİYAHI

İngilis-dilini zəif bilsəniz belə, remote işləyə biləcəyiniz sahələr var.

Valyuta.az xəbər verir ki, bununla bağlı İnsan resursları üzrə mütəxəssis Türkan Əkbərova paylaşım edib.

Həmin siyahını təqdim edirik:

1. Data Entry (Məlumatların daxil edilməsi)

• Sadə işlər: copy-paste, məlumatları sistemə yazmaq, faylları formatlamaq.

• İngilis dili çox tələb olunmur.

• Platformalar: Clickworker, Microworkers, Remotasks. 

2. Online Moderator / Kontent nəzarətçisi

• Şərhləri, forumları və sosial media platformalarını idarə etmək.

• Əgər Azərbaycan, rus, türk və ya digər dildə bilirsənsə, iş tapmaq mümkündür.

• Platformalar: ModSquad, The Social Element. 

3. Tərcümə və Transkripsiya

• Eşitdiklərini yazıya çevirmə.

• Öz dilindən və ya rus/türk dilindən ingiliscəyə və ya əksinə tərcümə.

• Bəzi platformalarda zəif ingilis dili ilə də iş tapmaq mümkündür.

• Platformalar: Gengo, Unbabel, Rev. 

4. Freelancer işləri (dizayn, video montaj və s.)

• Canva və ya Photoshop ilə dizayn.

• Sadə videoların montajı.

• Öz dilində səs yazısı (voice-over).

• Platformalar: Fiverr, Upwork. 

5. Virtual Köməkçi (Virtual Assistant)

• Sadə tapşırıqlar: e-maillərin ayırd edilməsi, sosial mediada post yerləşdirmək və s.

• Bəzi xarici işəgötürənlər az dil biliyi ilə belə köməkçi axtarır.

• Əgər əlavə olaraq türk və ya rus dilində danışırsansa, üstünlük ola bilər. 

6. Ana dilini öyrədərək də remote işləyə bilərsən!

• İngilis dili zəif olsa da, azərbaycan, türk və ya rus dilini öyrətmək mümkündür.

• Platformalar: Preply, Italki. 

7. Mikro Tapşırıqlar (Microtasks)

• Kiçik işlər: şəkil etiketləmək, anket doldurmaq, səhv tapmaq, audio yazı dinləyib təsdiqləmək.

• Çox vaxt minimal ingilis dili bilmək kifayətdir.

• Platformalar: Amazon Mechanical Turk (MTurk), Appen, Lionbridge AI. 

8. Freelancer Yazı və Məqalə Yazmaq (öz dilində)

• Bloqlar, sayt məqalələri, sosial media mətnləri – hamısı ana dilində ola bilər.

• Əgər yazmağı sevirsənsə, müştəri tapmaq mümkündür.

• Platformalar: Freelancer.com, Textbroker, Upwork. 

9. Onlayn Müştəri Xidmətləri (Bilingual)

• Şirkətlər bəzən müştəri xidmətlərini yerli dildə aparmaq üçün adam axtarır.

• Chat dəstəyi, e-mail cavablandırmaq, sadə FAQ cavablandırmaq kimi işlər ola bilər.

• Axtarış üçün açar söz: “remote customer support + [language]”. 

10. Online Kurslar üçün Subtitrlər və Yazılı Təsvir

• Video materiallara altyazı yazmaq və tərcümə etmək.

• Öz dilində düzgün yazmaq və eşitmək bacarığın varsa, bu işlər üçün idealdır.

• Platformalar: Rev, GoTranscript, Amara. 

11. Şəkil və Video Satmaq

• Telefonla keyfiyyətli şəkillər çəkirsənsə və ya video hazırlayırsansa, onları onlayn sata bilərsən.

• Bu iş üçün ingilis dili lazım deyil; əsas odur ki, material maraqlı və keyfiyyətli olsun.

• Platformalar: Shutterstock, Adobe Stock, Pond5. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...