İş elanlarında əməkhaqqı niyə qeyd edilmir?

Redaktor

23.12.2025 12:22
1,322

İş elanlarında əməkhaqqı niyə qeyd edilmir?

İş axtaranların ən çox qarşılaşdığı hallardan biri də budur ki, vakansiya, tələblər var, amma əmək haqqı yoxdur. Namizəd müraciət edir, vaxt sərf edir, görüşə gedir və prosesin sonunda ya maaşın gözləntilərdən xeyli aşağı olduğunu öyrənir, ya da əvvəlcədən deyilən məbləğin dəyişdiyini görür. 

Bəs iş elanlarında əməkhaqqı niyə qeyd edilmir?

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov Valyuta.az-a bildirir ki, bəzi hallarda iş elanlarında əməkhaqqının göstərilməməsi ilə rastlaşmaq mümkündür:

“Diqqət yetirdikdə görünür ki, bu hal daha çox rəhbər vəzifələr üzrə yerləşdirilən vakansiyalarda müşahidə olunur. Adətən mütəxəssis və ya sıravi işçi heyəti üçün nəzərdə tutulan vəzifələrdə isə əməkhaqqı və ya əməkhaqqı aralığı qeyd edilir. Əməkhaqqının göstərilməməsi şirkətin daxili əməkhaqqı siyasəti və ya konfidensiallıq prinsipləri ilə bağlı ola bilər. Çünki bəzi müəssisələrdə bu cür məlumatlar məxfi xarakter daşıyır”.

“Bununla belə, mütəxəssis olaraq tövsiyə edirəm ki, iş elanlarında əməkhaqqının heç olmasa aşağı və yuxarı həddi göstərilsin. Bu yanaşma həm namizədlər, həm də işəgötürənlər üçün daha faydalıdır. Məsələn, əgər bir müəssisə müəyyən vəzifə üçün 1000–1500 manat aralığında əməkhaqqı nəzərdə tutursa, bu məlumatın elanda qeyd edilməsi uyğun namizədlərin müraciət etməsinə kömək edir. Namizəd ilkin mərhələdə əməkhaqqının ona uyğun olub-olmadığını dəyərləndirir, müəssisə isə seçim prosesində daha məqsədli qərarlar verir. Nəticədə həm vaxt itkisi, həm də əlavə resurs sərfiyyatı minimuma endirilmiş olur”- N.Xəlilov qeyd edir.

Tənzilə Ağabalayeva

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...