İşçiyə 3 ay sınaq müddəti təyin edilə bilər?
22.12.2025 12:22
1,170

İşçiyə 3 ay sınaq müddəti təyin edilə bilər?

Asim Həsənov
    İnsan Resursları üzrə mütəxəssis 

Sınaq müddəti işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə təyin edilir. Əmək münasibətlərində əmək müqaviləsi bağlayarkən işəgötürənin əsas hüquqlarından biri də işçi ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etməkdir.  Bəs sınaq müddəti nə qədər təyin oluna bilər?

-Sınaq müddəti təyin etmək üçün əmək məcəlləsi işəgötürənə müəyyən qadağa və səlahiyyətlər verir. Məsələn işəgötürən istədiyi şəxslə sınaq müddəti təyin etmədən əmək müqaviləsi imzalaya bilər. Əgər müqaviləsində sınaq müddəti göstərilməyibsə bu sınaq təyin edilmədən bağlanmış hesab olunur. Amma sınaq müddəti təyin edilərkən müəyyən məhdudiyyətlər var ki, Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən işəgötürən aşağıda qeyd edilən şəxslərə sınaq müddəti təyin edə bilməz yəni onlar birbaşa işə qəbul olunmalıdır:

-yaşı 18-dən az olan şəxslər; 

-müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlar; 

-hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər; 

-təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslər; 

-ödənişli seçkili vəzifəyə seçilmiş şəxslər; 

-iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslər.

Əgər əmək müqaviləsi 6 ay müddətinə qədər bağlanılırsa o zaman işəgötürən sınaq müddətini iki həftədən çox təyin edə bilməz, yox əgər əmək müqaviləsi 6 aydan uzun müddəyə bağlanılırsa o zaman işəgötürən üç ay sınaq müddəti təyin edilə bilər. 

Burada diqqət edilməli əsas məqam ondan ibarətdir ki, sınaq müddəti təyin edilərkən işçi ilə öncədən əmək müqaviləsi imzalanmalıdır. Daha sonra işçi işə başlamalıdır və işlədiyi dövr ərzində işçiyə minimal aylıq əmək haqqından az olmamaq şərti öncədən əmək müqaviləsində müəyyən edilən miqdarda əmək haqqı ödənilməlidir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Meqa Sığorta”nın yığımları 7,7% azalıb, ödənişləri 13,1% artıb

02.06.2026

Milli Kibertəhlükəsizlik Agentliyinin nizamnamə fondu 400 min manatı ötəcək

02.06.2026

Azərbaycan qızıl ixracından nə qədər qazanıb?

02.06.2026

Azərbaycanda 152 min nəfər xüsusi pensiya alır

02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN

02.06.2026

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®

02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

02.06.2026

Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb

02.06.2026

Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb

02.06.2026
Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

02.06.2026

Mərkəzi Bank “PashaPay”yə icrası məcburi göstəriş verib

02.06.2026

Bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək

02.06.2026

Əmlaklarına həbs qoyulanların nəzərinə! - Qanun dəyişir

02.06.2026

AZAL-ın ixrac gəlirləri yarım milyona yaxın azalıb

02.06.2026

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri  - CƏDVƏL

02.06.2026

Zara İbrahimzadə TƏBİB-də rəhbər vəzifəyə gətirildi

02.06.2026

"Azərkosmos"un ixrac gəlirləri 55% artdı, xidmət göstərilən ölkələrin sayı azaldı

02.06.2026

DSMF-nin filial müdiri vəzifəsindən azad olundu

02.06.2026

18 aptekdə nöqsan aşkarlandı

02.06.2026

Azərbaycanda pul bazası 24 mlrd. manatı ötüb

02.06.2026

Məzənnə

Yüklənir...