İşdən ayrılan əməkdaş haqqında obyektiv və müsbət rəy verilməsi vacibdir

Redaktor

22.05.2026 11:00
446

İşdən ayrılan əməkdaş haqqında obyektiv və müsbət rəy verilməsi vacibdir

İş dünyasında seçim meyarları hər zaman açıq görünənlərlə məhdudlaşmır. Bəzən qərarlar sənədlərdə yazılanlardan daha çox arxa planda formalaşan təsəvvürlərə əsaslanır. Namizədlərin dəyərləndirilməsi zamanı görünməyən, amma təsir gücü olan faktorlar getdikcə daha çox rol oynayır.

Bəs işə qəbulda referanslar da önəmlidirmi?

Rəqəmsal Kadr Agentliyinin İnsan Resursları üzrə meneceri Röyal Əhmədov Valyuta.az-a bildirib ki, hal-hazırda əmək bazarında iş axtaran şəxslərlə şirkətlər arasında formalaşan əmək münasibətlərində müəssisələr namizəd seçimində həm daxili kriteriyalarını, həm də korporativ mədəniyyətlərini nəzərə alırlar:

“İşə qəbul prosesində namizədin bilik və bacarıqları əsas meyarlardan biri hesab olunur. Bununla yanaşı, şirkətlər biznes strategiyalarına uyğun, şəxsi keyfiyyətlərə və iş təcrübəsinə malik namizədlərin axtarışında olurlar. Bu baxımdan əmək bazarında netvörkinqin, yəni peşəkar əlaqələrin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Bunun əsas səbəblərindən biri şirkətlərin işçi seçimində namizədin əhatə dairəsinin geniş olmasına diqqət yetirməsidir”.

“Şirkətlər işçi seçimi zamanı namizədin əvvəlki iş yerlərindən referans almağa da çalışırlar. Məqsəd namizədin əvvəlki iş proseslərindəki fəaliyyəti, peşəkar bacarıqları və korporativ mədəniyyətə uyğunluğu barədə məlumat əldə etməkdir. Əgər şəxs ilk dəfə əmək münasibətlərinə daxil olursa, işəgötürən onun iştirak etdiyi kurslardan və ya sertifikat aldığı müəssisələrdən referans tələb edə bilər. Əslində, referansın olması namizəd üçün üstünlük hesab olunur, lakin bu, məcburi tələb deyil. Qanunvericiliyə əsasən, işçi əvvəlki iş yerindən ayrılıb başqa bir işə qəbul olunduqda, əvvəlki işəgötürən onun fəaliyyəti barədə obyektiv və müsbət rəy təqdim etməlidir. Lakin əmək münasibətləri ciddi şəkildə pozulduğu hallarda şirkət bu məsuliyyəti öz üzərinə götürməyə bilər. Digər hallarda isə işçinin hüquqlarının pozulmaması məqsədilə onun haqqında obyektiv və müsbət referans verilməsi tövsiyə olunur. Nəticə etibarilə, referansın olması namizəd üçün müsbət üstünlük yaratsa da, bu, hüquqi baxımdan məcburi və təsdiqlənmiş tələb hesab edilmir”- deyə Röyal Əhmədov qeyd edir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...