Kriptovalyuta birjası işçilərinin 14%-ni ixtisar edəcəyini açıqlayıb

Redaktor

07.05.2026 13:20
295

Kriptovalyuta birjası işçilərinin 14%-ni ixtisar edəcəyini açıqlayıb

Valyuta.az xəbər verir ki, şirkət bazardakı dalğalanmalar və daha səmərəli iş modeli qurmaq məqsədilə təxminən 700 əməkdaşını işdən çıxarmağı planlaşdırır.

"Coinbase" ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənəddə ixtisarların şirkətə 50-60 milyon dollar arasında xərc yaradacağını bildirib.

Şirkət təşkilati strukturu sadələşdirərək daha çevik idarəetmə modelinə keçmək niyyətindədir. Yeni strukturda CEO və COO-dan aşağı yalnız beş idarəetmə pilləsinin qalacağı qeyd olunub. Eyni zamanda menecerlərin daha böyük komandaları idarə etməsi planlaşdırılır.

Məlumata görə, şirkət süni intellekt alətlərinin istifadəsini artıraraq daha kiçik komandalarla işləməyə üstünlük verəcək. Bəzi komandaların mühəndislik, dizayn və məhsul inkişafı funksiyalarını birləşdirəcəyi, hətta “tək nəfərlik komanda” modelinin də sınaqdan keçiriləcəyi bildirilir.

"Coinbase"in baş icraçı direktoru Brian Armstrong əməkdaşlara göndərdiyi məktubda süni intellektin iş proseslərini sürətlə dəyişdirdiyini vurğulayıb. Onun sözlərinə görə, mühəndislər artıq həftələrlə vaxt aparan işləri bir neçə günə tamamlaya bilirlər.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...