Redaktor
Mayda 8 altkoin üzrə 238 milyon dollarlıq token bazara buraxılacaq
May ayının qalan hissəsində kriptovalyuta bazarında 8 altkoin üzrə ümumilikdə təxminən 238 milyon dollar dəyərində tokenlərin bazara buraxılması gözlənilir.
Valyuta.az xəbər verir ki, Tokenomist platformasının məlumatlarına əsasən, ən böyük həcm həm dövriyyədəki paya, həm də dollar ifadəsinə görə Pyth Network (PYTH) tokeninə aiddir.
Belə ki, 19 may tarixində 2,13 milyard PYTH tokeni dövriyyəyə daxil olacaq. Bu tokenlərin ümumi dəyəri mövcud qiymətlərlə təxminən 104,45 milyon dollar təşkil edir. Bu isə PYTH-in bazardakı ümumi həcminin 36,96%-nə bərabərdir və ay üzrə ən yüksək göstəricidir.
Digər əsas token buraxılışları
May ayı ərzində 10 milyon dollardan çox dəyəri olan digər token buraxılışları belədir:
Ethena (ENA) - 5 may
171,88 milyon token - 17 milyon dollar - 2,12%
Hyperliquid (HYPE) - 6 may
422 min token - 17 milyon dollar - 0,18%
Avalanche (AVAX) - 12 may
1,67 milyon token - 15 milyon dollar - 0,31%
Connex (CONX) - 15 may
1,32 milyon token - 17,5 milyon dollar - 1,49%
Arbitrum (ARB) - 16 may
92,65 milyon token - 11 milyon dollar - 1,71%
LayerZero (ZRO) – 20 may
25,72 milyon token - 35 milyon dollar - 5,07%
Humanity Protocol (H) – 25 may
105,36 milyon token - 20,75 milyon dollar - 3,86%
Qeyd edək ki, bazara əlavə tokenlərin daxil olması təklifin artmasına səbəb olur. Bu isə bəzi hallarda həmin kriptovalyutaların qiymətinə aşağı istiqamətli təzyiq göstərə bilər.
Sərvanə Rəmixanova