Bakı ilə Abşeronu birləşdirəcək yeni yol inşa ediləcək

Redaktor

03.06.2026 11:42
230

Bakı ilə Abşeronu birləşdirəcək yeni yol inşa ediləcək - VİDEO

Bakı ilə Abşeronu birləşdirəcək yeni avtomobil yolu inşa olunacaq.

Bu barədə Valyuta.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Yeni yol Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti istiqamətində salınacaq. Yolun Heydər Əliyev prospektinədək uzadılması nəzərdə tutulur. Gələcəkdə isə onun 8 Noyabr prospekti ilə birləşdirilməsi planlaşdırılır.

Layihənin əsas məqsədi Mehdiabad, Binəqədi və ətraf ərazilərdən Bakının mərkəzinə doğru hərəkəti asanlaşdırmaqdır. Hazırda bu istiqamətdə sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti, Bakı–Sumqayıt şosesi və Ziya Bünyadov prospektindən istifadə edirlər. Bu isə həmin yollarda sıxlıq yaradır.

Yeni yol nəqliyyat axınının daha düzgün paylanmasına imkan verəcək. Xüsusilə Binəqədi–“20 Yanvar”–Ziya Bünyadov prospekti xətti üzrə tıxacların azalacağı gözlənilir.

Layihə çərçivəsində Azadlıq prospekti–Binəqədi şosesi istiqamətindən Binəqədi–Novxanı yoluna birbaşa çıxışın yaradılması da nəzərdə tutulur. Bu, hərəkət vaxtını azaldacaq və marşrutları qısaldacaq.

Bundan başqa, yeni yolun layihəsində gələcək tramvay xətti üçün xüsusi zolaq da nəzərdə tutulub. Bu, ictimai nəqliyyatın inkişafına əlavə imkan yaradacaq.

Yeni yol istifadəyə verildikdən sonra Sumqayıt, Xırdalan, Masazır, Pirşağı, Fatmayı və Mehdiabad istiqamətlərindən hərəkət edən sürücülər şəhərin mərkəzinə daxil olmadan Ziya Bünyadov və Heydər Əliyev prospektləri istiqamətinə çıxa biləcəklər.

Layihə barədə ətraflı videoçarx təqdim olunur:

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ənənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır

03.06.2026

İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...

03.06.2026

"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib

03.06.2026

Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb

03.06.2026

"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı

03.06.2026

"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb

03.06.2026

AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır

03.06.2026

Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb

03.06.2026

ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?

03.06.2026

Əlilliyi olan uşaqların təqaüdünün ödənilməsi qaydası dəyişdi

03.06.2026

Deputat: Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb

03.06.2026

Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqləndi

03.06.2026

Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı

03.06.2026
Mərkəzi Bankın faiz gəlirləri 190 milyon manat azalıb

Mərkəzi Bankın faiz gəlirləri 190 milyon manat azalıb

03.06.2026

Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir ®

03.06.2026

İnvestisiya portalında 147 biznes layihəsi investor gözləyir

03.06.2026

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

03.06.2026

İdarə rəisi işdən çıxarıldı

03.06.2026

HR ekspert: Süni intellekt başlanğıc səviyyəli mütəxəssislərin işini dəyişəcək

03.06.2026

Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?

03.06.2026

Məzənnə

Yüklənir...