Redaktor
"Meta" süni intellekt startapı "Manus"u satın aldı
"Meta" süni intellekt sahəsində sürətlə yüksələn Sinqapur startapı "Manus"u alıb.
Valyuta.az xəbər verir ki, startapın qiyməti 2 milyard dollar olaraq müəyyən edilib.
Şirkətin AI agenti işçi seçmək, səfər planlamaq və investisiya portfeli analiz etmək kimi funksiyaları yerinə yetirirdi.
Startap Benchmark tərəfindən 75 milyon dollarlıq investisiya alaraq 500 milyon dollar dəyərə çatıb və qısa müddətdə 100 milyon dollardan çox illik gəlir əldə etdiyini açıqlayıb.
"Meta" bildirib ki, "Manus" müstəqil fəaliyyət göstərməyə davam edəcək və onun AI agentləri "Facebook", "Instagram" və "WhatsApp"a inteqrasiya olunacaq.
"Manus"un Çin mənşəli təsisçiləri səbəbilə ABŞ-da siyasi müzakirələr yaransa da, "Meta" şirkətin Çinlə bütün əlaqələrinin kəsiləcəyini və Çindəki fəaliyyətinin dayandırılacağını açıqlayıb.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
02.06.2026“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®
02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi
02.06.2026Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb
02.06.2026Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb
02.06.2026