Redaktor
Neft qiymətləri kəskin düşdü: Amma analitiklər "tunelin sonunda işıq"dan danışır
Bazar ertəsi, 25 may tarixində neft qiymətləri son iki həftənin minimum səviyyəsinə enib. Kotirovkaların düşməsinə ABŞ və İran arasında mümkün sülh sazişi ilə bağlı artan optimizm səbəb olub. Lakin tərəflər Hörmüz boğazının blokadası kimi əsas məsələlərdə hələ də razılığa gələ bilmirlər.
Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.
“Investing” portalının məlumatına görə, Bakı vaxtı ilə saat 10:20-də “Brent” markalı neftin qiyməti təxminən 5 dollar ucuzlaşaraq bir barel üçün 95,30 dollara düşüb. ABŞ-ın WTI markalı nefti isə 5,30 dollar ucuzlaşaraq 91,30 dollar olub.
23 mayda ABŞ prezidenti Donald Tramp Vaşinqtonla İranın əsasən razılığa gəldiyini və Hörmüz boğazı vasitəsilə dəniz daşımalarının bərpasına imkan verəcək sülh sazişi üzərində işlədiyini bildirib. Müharibədən əvvəl bu boğazdan dünya neftinin və mayeləşdirilmiş qazın təxminən 20 faizi daşınırdı.
"MST Marquee" analitik mərkəzindən Sol Kavonik bildirib ki, risklər hələ də qalmasına baxmayaraq, hazırda “tunelin sonunda işıq” görünür və bu, qısa müddətdə neft qiymətlərinə təzyiqi azalda bilər.
Eyni zamanda “Reuters” qeyd edir ki, tərəflər bir sıra çətin məsələlərdə fərqli mövqelərdə qalır və Tramp bazar günü nümayəndələrinə sazişin bağlanmasında tələsməməyi tapşırıb. ING bankının xammal strategiyası rəhbəri Uorren Patterson da xatırladır ki, ABŞ və İran əvvəl də razılaşmaya yaxın olub, lakin danışıqlar pozulub.
Analitiklərin fikrincə, hətta Yaxın Şərqdə döyüşlər sabah bitsə belə, Hörmüz boğazı ilə tədarükün əvvəlki səviyyəyə qayıtması aylar çəkəcək, çünki zədələnmiş neft-qaz infrastrukturlarının bərpası tələb olunur.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Meqa Sığorta”nın yığımları 7,7% azalıb, ödənişləri 13,1% artıb
02.06.2026Milli Kibertəhlükəsizlik Agentliyinin nizamnamə fondu 400 min manatı ötəcək
02.06.2026Azərbaycan qızıl ixracından nə qədər qazanıb?
02.06.2026Azərbaycanda 152 min nəfər xüsusi pensiya alır
02.06.2026Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
02.06.2026“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®
02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi
02.06.2026Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb
02.06.2026Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb
02.06.2026