“Ondo Finance”in CEO-su vəfat edib

Redaktor

26.05.2026 09:50
185

“Ondo Finance”in CEO-su vəfat edib

Real dünya aktivlərinin tokenizasiyası sahəsində fəaliyyət göstərən və “BlackRock” da daxil olmaqla bir sıra böyük şirkətlərlə əməkdaşlıq edən “Ondo Finance”in qurucusu və baş icraçı direktoru (CEO) Nathan Allman vəfat edib.

Valyuta.az xəbər verir ki, şirkət Allmanın gözlənilmədən həyatını itirdiyini rəsmi açıqlama ilə təsdiqləyib. Hadisə ilə bağlı əlavə detallara yer verilməyib. Nathan Allman 32 yaşında olub.

“Ondo Finance” tərəfindən yayılan açıqlamada bildirilib ki, şirkətin bugünkü mövqeyə gəlməsində Allmanın zəkası və təvazökarlığı mühüm rol oynayıb:

“Onun vəfatını dərin hüznlə elan edirik. Ondo-nu bu nöqtəyə gətirən onun baxışları və liderliyi idi. Başlatdığı işi davam etdirərək onun xatirəsini yaşadacağıq”.

Açıqlamadan sonra kriptovalyuta dünyasının tanınmış simaları və müxtəlif layihələrin rəsmi hesabları sosial şəbəkələrdə başsağlığı mesajları paylaşıblar.

ABŞ-ın nüfuzlu “Ivy League” universitetlərindən olan Brown Universitetinin məzunu Nathan Allman 2019-2021-ci illərdə “Goldman Sachs”ın Rəqəmsal Aktivlər bölməsində çalışıb. O, 2021-ci ildə “Ondo Finance” şirkətini təsis edib.

Şirkətin məlumatına görə, bundan sonra CEO vəzifəsini idarə heyətinin sədri Ian De Bode icra edəcək.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...