Pulunun bir hissəsini nağd saxla, bir hissəsini banka qoy, qalanını...

Redaktor

02.06.2026 09:20
223

Pulunun bir hissəsini nağd saxla, bir hissəsini banka qoy, qalanını...

Bir çox insan yığımlarını bank hesabına yerləşdirmək və ya investisiya etmək əvəzinə evdə nağd şəkildə saxlamağa üstünlük verir. Bəziləri bunu daha təhlükəsiz hesab edirlər. Bəs pul vəsaitini evdə saxlamaq doğrudanmı düzgün qərardır?

Məsələ ilə bağlı Valyuta.az-a danışan “FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli bildirib ki, vəsaitin uzun müddət nağd formada saxlanılması iqtisadi və maliyyə baxımından səmərəli deyil. Onun sözlərinə görə, zaman keçdikcə inflyasiya malların və xidmətlərin qiymətini artırır, nəticədə pulun alıcılıq qabiliyyəti azalır: "Pul vəsaitinin nağd şəkildə saxlanılması iqtisadi və maliyyə nöqteyi-nəzərindən səmərəli deyil. Çünki zaman keçdikcə inflyasiya nəticəsində malların qiyməti artır və pul öz dəyərini itirir. Bu isə vəsait sahibinin zərərə məruz qalmasına səbəb olur".

Ekspert hesab edir ki, vəsaitin gəlir gətirən istiqamətlərə yönləndirilməsi daha məqsədəuyğundur:

"Pul vəsaitinin investisiya şəklində yatırılması, biznes fəaliyyətində istifadə olunması və ya gəlir gətirən aktivlərə – səhmlərə və istiqrazlara yönləndirilməsi ən faydalı addımlardandır. Eyni zamanda, vəsaitlərin banklarda əmanət kimi və ya üzərinə gəlir hesablanan cari hesablarda saxlanılması da effektiv üsullardandır".

X.Məmmədli valyuta seçiminin də vacib məqamlardan biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, manatla olan əmanətlərdə gəlirlilik adətən daha yüksək olsa da, dollar hesablarında faizlər nisbətən aşağı olur:

“Burada artıq vətəndaşlar öz risk seçimlərinə və valyuta risklərinə uyğun qərar verməlidirlər”.

Mütəxəssis vəsaitlərin bir istiqamətdə saxlanılmasının əvəzinə bölüşdürülməsini daha məqsədəuyğun hesab edir:

“İnsanlar vəsaitlərinin müəyyən hissəsini nağd formada saxlaya, bir hissəsini banka yerləşdirə, bir hissəsini biznesə və ya qiymətli kağızlara yatıra bilərlər. Vəsaitin müxtəlif alətlər arasında bölüşdürülməsi risklərin azaldılmasına kömək edir. Bu yanaşma maliyyə dünyasında diversifikasiya adlanır”.

Mələk Ziyad

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN

02.06.2026

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®

02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

02.06.2026

Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb

02.06.2026

Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb

02.06.2026
Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

02.06.2026

Mərkəzi Bank “PashaPay”yə icrası məcburi göstəriş verib

02.06.2026

Bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək

02.06.2026

Əmlaklarına həbs qoyulanların nəzərinə! - Qanun dəyişir

02.06.2026

AZAL-ın ixrac gəlirləri yarım milyona yaxın azalıb

02.06.2026

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri  - CƏDVƏL

02.06.2026

Zara İbrahimzadə TƏBİB-də rəhbər vəzifəyə gətirildi

02.06.2026

"Azərkosmos"un ixrac gəlirləri 55% artdı, xidmət göstərilən ölkələrin sayı azaldı

02.06.2026

DSMF-nin filial müdiri vəzifəsindən azad olundu

02.06.2026

18 aptekdə nöqsan aşkarlandı

02.06.2026

Azərbaycanda pul bazası 24 mlrd. manatı ötüb

02.06.2026

ABŞ Azərbaycana yeni səfir göndərir - Namizəd açıqlandı

02.06.2026

İşçilərin xoşbəxtliyi üçün çalışan 10 perspektivli STARTAP

02.06.2026

Fuad Çıraqov Gürcüstandakı səfirlikdə yeni vəzifəyə gətirildi

02.06.2026

"Blackstone" Asiya fondu üçün 13,1 milyard dollar topladı

02.06.2026

Məzənnə

Yüklənir...