Redaktor
“Qala Həyat”ın hər 100 manatdan ödədiyi məbləğ 10,95 manata çatıb
“Qala Həyat” Sığorta Şirkəti də cari ilin ilk 4 ayı üzrə zərərliliyi artan sığorta şirkətləri sırasında yer alıb.
Valyuta.az xəbər verir ki, şirkətin sığorta haqları üzrə yığımları hesabat dövründə 653 min manat və ya 6,86% azalaraq 8 milyon 864 min manat təşkil edib.
Halbuki, sığorta şirkəti ötən ilin eyni dövründə 9 milyon 517 min manat sığorta haqqı toplamışdı.
“Qala Həyat” Sığorta Şirkətinin ödənişləri isə illik müqayisədə 527 min manat və ya 118,69% artaraq 971 min manata yüksəlib.
Belə ki, ötən ilin eyni dövründə şirkət 444 min manat sığorta ödənişi etdiyi halda, cari ilin ilk 4 ayında bu göstərici 971 min manat olub.
Hesablamalara əsasən, şirkət cari ilin ilk 4 ayında topladığı hər 100 manat sığorta haqqının 10,95 manatını ödənişlərə yönəldib. Ötən ilin eyni dövründə isə bu göstərici 4,66 manat təşkil edib.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏnənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır
03.06.2026İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...
03.06.2026"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib
03.06.2026Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb
03.06.2026"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı
03.06.2026"Berkshire Hathaway"ın 330 milyardlıq portfelinin 28 faizindən çoxu 2 süni intellekt nəhənginə yatırılıb
03.06.2026AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır
03.06.2026Mərkəzi Bankın işçi xərcləri 56 milyon manatı ötüb
03.06.2026ABŞ-də məhkum Pentaqona necə işə qəbul edildi?
03.06.2026Əlilliyi olan uşaqların təqaüdünün ödənilməsi qaydası dəyişdi
03.06.2026Deputat: Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb
03.06.2026Maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqləndi
03.06.2026Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı
03.06.2026