Qeyri-rəsmi işləməyin riskləri

Redaktor

31.05.2026 09:03
227

Qeyri-rəsmi işləməyin riskləri

“Bu ilin əvvəlindən əmək qanunvericiliyində məsafədən iş rejimi, işçilərin sosial təminatını yaxşılaşdıran hüquqların artırılması, məzuniyyət haqları, əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı işçilərin müavinətinin adekvatlığı kimi bir sıra mütərəqqi tənzimləmələr həyata keçirildi. Bu kimi islahatlar sırf şəffaf əmək şəraitinin təmini, işçilərin əmək hüquqlarının qorunması və yeni təminatların həyata keçirilməsinə müsbət təsir göstərməkdədir”.

Bu fikirləri hüquqşünas Şəhriyar Həbilov qeyri-rəsmi məşğulluğun fəsadları barədə “vergiler.az”a açıqlamasında səsləndirib. Onun sözlərinə görə, bir sıra hallarda qeyri-rəsmi məşğulluq şəxsin əmək hüquqlarının müdafiəsindən kənar qalmasına və əməyinin nəticələrinin qeyri-adekvat şəkildə mənimsənilməsinə gətirir. Hüquqşünas vurğulayıb ki, faktiki olaraq əmək münasibətlərində olan işçi ilə müqayisədə qeyri-rəsmi məşğulluğa cəlb edilən şəxslər aşağıdakı imtiyazlardan məhrum olur:

- əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişli və qismən ödənişli məzuniyyət, təhlükəsiz əmək şəraitinin təmini;

- istirahət günü və istirahət vaxtının təmini;

- əməkhaqqı ödənişi;

- iş vaxtından artıq işə görə ödəniş;

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuşa görə müavinətlər;

- icbari tibbi sığorta üzrə tibbi sığorta proqramından təmənnasız istifadə;

- işsizlikdən sığorta halında sığorta ödənişinin təmini;

- əmək stajı müddətinə uyğun olaraq güzəştlər;

- pensiya təminatı;

- rəsmi gəlirlilik əsasında müəyyən olunan imtiyazlar və hüquqlardan istifadə;

- Qanunvericiliklə müəyyən edilmiş digər güzəştlər.

“Bunun müqabilində isə qeyri-rəsmi məşğulluğa imkan verən sahibkarlar irihəcmli sanksiyaları gözardı edərək, cüzi və qeyri-şəffaf məvacib sistemi, şərtləri birtərəfli qaydada müəyyən olunan müqavilə strukturu və “qara kassa” sxemi ilə işçi hüquqlarını kobud surətdə pozmuş olurlar. Dövlət isə hər iki hal üçün işçi hüquqlarının müdafiəsi mexanizmlərini qurmaqla açıq surətdə qanunvericiliyin tələblərini pozan şəxsləri məsuliyyətə cəlb etməyi və əmək qanunvericiliyinin adekvat müdafiə sistemini qurmağı prioritet kimi müəyyənləşdirib”, – Ş.Həbilov əlavə edib.

Ekspert bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ qeyd edilib: “Əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada qanunvericiliklə müəyyən edilmiş formada bağlanılan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Göründüyü kimi, sənədlər hər kəsin sərbəst surətdə əmək qanunvericiliyinin tələblərinə uyğun və öz seçiminə əsasən, əmək fəaliyyətinə cəlb olunmasına imkan verir. Əmək münasibətləri isə gündən-günə təkmilləşdirilərək işçilərin hüquqlarının müdafiəsini daha da möhkəmləndirir”.

İqtisadçı Eyyub Kərimli də qeyri-rəsmi məşğulluğun həm iqtisadiyyata, həm də vətəndaşların sosial təminatlarına mənfi təsir etdiyini vurğulayıb, formal işçilərin vergi uçotuna durmadan işlədiklərini qeyd edib: “Qeyri-rəsmi məşğulluq insanların əmək və sosial hüquqlarını məhdudlaşdırır, gələcəkdə onların pensiya təminatına mənfi təsir göstərir. Yəni burada həm vətəndaşlar, həm də dövlət zərər görür. Həmin şəxslər vergi və sosial yığımlardan kənarda qalırlar. Bəzən sahibkarlar da işçiləri qeyri-rəsmi məşğulluğa cəlb etməyə meyil göstərirlər. Bu da vergi və sosial ödənişlərdən, eləcə də işçilərin hüquqlarının təmin olunmasından yayınmağa hesablanıb. Müqaviləsiz işləmək gələcəkdə həmin şəxslərin pensiya kapitalının formalaşmasına mənfi təsir göstərir”.

Bununla bağlı ciddi maarifləndirlməyə ehtiyac olduğunu deyən E.Kərimli hesab edir ki, vətəndaşlar gələcək təminatlarını bugünkü kiçik gəlirlərinə qurban verməməlidirlər.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Meqa Sığorta”nın yığımları 7,7% azalıb, ödənişləri 13,1% artıb

02.06.2026

Milli Kibertəhlükəsizlik Agentliyinin nizamnamə fondu 400 min manatı ötəcək

02.06.2026

Azərbaycan qızıl ixracından nə qədər qazanıb?

02.06.2026

Azərbaycanda 152 min nəfər xüsusi pensiya alır

02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN

02.06.2026

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®

02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

02.06.2026

Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb

02.06.2026

Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb

02.06.2026
Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

02.06.2026

Mərkəzi Bank “PashaPay”yə icrası məcburi göstəriş verib

02.06.2026

Bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək

02.06.2026

Əmlaklarına həbs qoyulanların nəzərinə! - Qanun dəyişir

02.06.2026

AZAL-ın ixrac gəlirləri yarım milyona yaxın azalıb

02.06.2026

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri  - CƏDVƏL

02.06.2026

Zara İbrahimzadə TƏBİB-də rəhbər vəzifəyə gətirildi

02.06.2026

"Azərkosmos"un ixrac gəlirləri 55% artdı, xidmət göstərilən ölkələrin sayı azaldı

02.06.2026

DSMF-nin filial müdiri vəzifəsindən azad olundu

02.06.2026

18 aptekdə nöqsan aşkarlandı

02.06.2026

Azərbaycanda pul bazası 24 mlrd. manatı ötüb

02.06.2026

Məzənnə

Yüklənir...