Qurban bayramında bölgələrdə istirahət neçəyə başa gələcək?

Redaktor

25.05.2026 14:00
377

Qurban bayramında bölgələrdə istirahət neçəyə başa gələcək?

Qarşıdan Qurban bayramı gəlir. Bir çox insan bayram günlərini ailəsi və yaxınları ilə birlikdə istirahətdə keçirməyi planlaşdırır. Bu dövrdə ən çox üstünlük verilən məkanlardan biri də bölgə otelləridir. Bayram günləri yaxınlaşdıqca region hotellərinə maraq artır, bəzi məkanlarda isə artıq boş yerlər tükənmək üzrədir.

Valyuta.az bölgə otellərində Qurban bayramı günləri üçün təqdim olunan qiymətləri və paketləri araşdırıb.

Ulus Otel - Xankəndi

27, 28 və 29 may tarixləri üçün bütün otaqlar dolub.
30 may tarixi üçün 1 “double” və 1 “twin” otaq mövcuddur. 4 nəfərlik yerləşmə qiyməti səhər yeməyi daxil olmaqla 200 AZN-dir.

Yeddi Gözəl Otel - Qəbələ

2 nəfərlik 1 gecəlik paket 185 AZN təşkil edir.
Qiymətə səhər yeməyi, axşam yeməyi, canlı musiqi proqramı, sauna və idman zalından istifadə daxildir.

Qəbələ Garden Otel

28 may tarixi üçün boş yer yoxdur.
Bayram günlərində 2 nəfərlik “Standard” otağın 1 gecəlik qiyməti 213 AZN-dir. Qiymətə səhər yeməyi və SPA xidmətləri daxildir. SPA paketinə qapalı hovuz, idman zalı, sauna, türk hamamı və buxar otağından istifadə daxildir.
30 may tarixində də qiymət eyni qalır. 31 may tarixində isə 2 nəfərlik standart otaq 180 AZN olacaq.

İsmayıllı Resort & Hotel

Standart otaq üzrə 1 gecəlik qiymət səhər yeməyi daxil olmaqla 120 AZN-dir.

Şəki Palace Otel

Bayram günləri üçün boş otaq qalmayıb.

Marxal Resort & Spa - Şəki

27, 28, 29 və 30 may tarixləri üçün 2 nəfərlik 1 gecəlik yerləşmə qiyməti 220 AZN təşkil edir.

Qiymətə açıq bufet səhər yeməyi, canlı musiqi proqramı, oyun meydançası, uşaq otağı və SPA xidmətləri daxildir.

Quba Shahdag Truskavets

2 nəfərlik yerləşmə - 140 AZN
4 nəfərlik yerləşmə - 240 AZN

Qiymətə səhər, günorta və axşam yeməkləri (açıq bufet), gecələmə, bayram tədbiri, canlı musiqi, qapalı aquapark, sauna, türk hamamı, qapalı hovuz və “Kids Club” daxildir.

Təngəaltı Resort - Quba

Ekonom otaq - 110 AZN
Standart otaq - 125 AZN
Jakuzzili otaq - 180 AZN
Deluxe otaq - 155 AZN
Junior Suite - 175 AZN

Qiymətə səhər yeməyi, qapalı hovuz və müəyyən SPA xidmətləri daxildir. Bunlara sauna, türk hamamı, qadınlar və kişilər üçün fitnes zalları daxildir.

0–12 yaş arası ilk uşaq üçün yerləşmə ödənişsizdir. 12 yaşdan yuxarı şəxslər üçün əlavə 20 AZN tələb olunur.

AğSaray Otel - Mingəçevir
27, 28 və 29 may tarixləri üçün 2 nəfərlik otaq səhər yeməyi daxil olmaqla 150 AZN-dir.

Premium Hotel - Gəncə
27, 28 və 29 may tarixləri üzrə 2 nəfərlik otağın 1 günlük qiyməti səhər yeməyi daxil olmaqla 110 AZN təşkil edir.

Qusar Qala

Otelin əməkdaşının sözlərinə görə, hazırda 2 nəfərlik yalnız 1 kotej mövcuddur. Kotecin qiyməti 120 AZN təşkil edir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...