Sərvət toplamağınıza mane olan vərdişlər -

Redaktor

26.05.2026 20:00
326

Sərvət toplamağınıza mane olan vərdişlər - Ekspert açıqladı

Fərdi kapitalın idarə edilməsi üzrə ekspert Rob Mallerni insanların uzunmüddətli perspektivdə maliyyə itkilərinə səbəb olan ən yayılmış vərdişləri açıqlayıb. O, bildirir ki, maddi vəziyyəti yaxşılaşdırmaq üçün ya gəlirləri artırmaq, ya da mövcud gəlirləri daha düzgün idarə etmək lazımdır. Onun sözlərinə görə, əksər insanlar ikinci bacarıqda ciddi çətinlik yaşayır.

Valyuta.az xəbər verir ki, "Eton Solutions" şirkətinin baş direktoru olan və Şimali Karolina Universitetində fərdi kapitalın idarə olunması üzrə dərs deyən Mallerni "Business Insider" üçün yazdığı məqalədə insanların pul itirməsinə səbəb olan əsas səhvləri izah edib.

Onun fikrincə, varlı insanlar gündəlik xərclərə daha diqqətlə yanaşır və qərarların uzunmüddətli nəticələrini illər öncədən hesablayırlar: "Əksər insanlar, xüsusilə maliyyə təhsili olmayanlar, gündəlik xərclərin həyat boyu nə qədər böyük məbləğə çevrildiyini düzgün qiymətləndirmir".

Gündəlik qəhvə minlərlə dollar itkisinə səbəb ola bilər

Mallerni qeyd edir ki, kiçik gündəlik xərclər belə uzun müddətdə böyük fərq yaradır. O, nümunə olaraq "Starbucks"dan gündəlik 4 dollarlıq qəhvə alışını göstərib və bunun 22 yaşdan 65 yaşa qədər davam etdikdə investisiya edilə biləcək böyük bir məbləği itirməyə səbəb olduğunu vurğulayıb.

Onun sözlərinə görə, insanlar çox vaxt bu məbləğin sadəcə “kiçik xərclər” olmadığını, zamanla minlərlə dollarlıq fərq yaratdığını nəzərə almırlar.

Bahalı avtomobillər və lazımsız xərclər

Ekspert avtomobil alışlarını da misal çəkərək, eyni funksiyanı yerinə yetirən "Honda" və "Mercedes" kimi avtomobillər arasında on minlərlə dollarlıq qiymət fərqinin çox vaxt məntiqli olmadığını bildirib.

O, həmçinin avtomobilin tez-tez dəyişdirilməsinin də maliyyə baxımından zərərli olduğunu qeyd edir. Onun hesablamalarına görə, 8 ildən bir avtomobil almaq 3 ildən bir almağa nisbətən daha çox sərvət toplamağa imkan verir.

Aktiv və passiv fərqini anlamamaq

Mallerni vurğulayır ki, insanlar çox vaxt dəyərini itirən xərclərlə gəlir gətirə biləcək aktivləri qarışdırırlar. Yeni avtomobil tez dəyər itirən aktivdir, lakin daşınmaz əmlak kimi bəzi investisiyalar zamanla dəyər qazana və gəlir yarada bilər.

Ekspertin sözlərinə görə, əsas məsələ xərclərin miqdarı deyil, onların uzunmüddətli nəticələrini düzgün qiymətləndirməkdir. O, qərar verərkən hər bir alışın həqiqətən dəyərinə uyğun olub-olmadığını düşünməyi tövsiyə edir.

Onun fikrincə, məhz bu düşüncə tərzi varlı insanların əsas maliyyə davranışlarını formalaşdırır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...