Sevərək işlədiyimiz ev mühiti işimizi necə ləngidir? - 7 əsas mənfi cəhət

Redaktor

12.07.2025 15:58
842

Sevərək işlədiyimiz ev mühiti işimizi necə ləngidir? - 7 əsas mənfi cəhət

Pandemiyanın ardından bir çox şirkət ənənəvi ofis rejimindən imtina edərək uzaqdan iş modelinə keçdi. Əvvəllər yalnız müəyyən sahələr üçün mümkün olan bu yanaşma indi bir çox əməkdaş üçün adi hal alıb. Bəzi işçilər evdən işləməyin rahatlığını və sərbəstliyini tərifləsə də, bu modelin görünməyən mənfi tərəfləri də az deyil. 

Valyuta.az evdən işləməyin 7 əsas çatışmazlığını təqdim edir.

Komanda ruhunun və birgə iş mühitinin çatışmazlığı

Evdən işləyən əməkdaşlar komanda ilə üzbəüz ünsiyyətdən məhrum qalır. Fikir mübadiləsi, birlikdə problem həll etmə və spontan ideyaların yaranması ofis mühitində daha sürətli və təsirli şəkildə baş verir. Uzaqdan iş, xüsusilə yaradıcı və komanda əsaslı sahələrdə əməkdaşlıq imkanlarını məhdudlaşdırır.

Motivasiyanın azalması

Ofis mühitində həmkarlarla qarşılıqlı ünsiyyət və rəhbərlə təmas xarici motivasiyanın formalaşmasında mühüm rol oynayır. Evdə isə bu dinamika olmur. Vaxt keçdikcə işçilər hədəflərini itirə, motivasiyasızlıq səbəbindən məhsuldarlığı azalda bilər.

Nəzarətsiz iş rejimi və fasilələrin artması

Evdə işləyən əməkdaşlar fəaliyyətlərinə özləri nəzarət etməlidirlər. Bu, bəzən işin ertələnməsinə, qeyri-effektiv günlərə səbəb olur. Ofisdə rəhbər və komanda təzyiqi olmadan işə fokuslanmaq çətinləşə bilər.

Texniki avadanlıq çatışmazlığı və təhlükəsizlik riskləri

Bəzi işçilər üçün evdə iş mühiti qurmaq yüksək sürətli internet, printer, kompüter və digər ofis texnikası ilə təmin olunmaq əlavə xərc və çətinlik yaradır. Bundan əlavə, həssas şirkət sənədlərinin internet üzərindən paylaşılması informasiya təhlükəsizliyi risklərini artırır.

Diqqət yayını və ev mühitinin uyğunsuzluğu

Ev şəraitində televizor, uşaqlar, ailə üzvləri və digər məişət faktorları işə fokuslanmağa mane olur. Hər kəsin evində ofis səviyyəsində rahat və sakit iş mühiti olmaya bilər. Bu isə nəticədə iş keyfiyyətinə təsir göstərir.

Tükənmişlik və həddindən artıq işləmə

Evdə işləmək iş saatlarının elastik olmasını təmin etsə də, bu bəzən iş və şəxsi həyat sərhədlərinin pozulmasına səbəb olur. İşdən ayrılma vaxtı müəyyən edilmədikdə, əməkdaşlar istirahət etmədən uzun saatlarla işləyə bilər. Bu da tükənmişlik sindromuna və əlavə stressə gətirib çıxarır.

Məhsuldarlığın azalması riski

Evdəki rahatlıq, ailə ilə vaxt keçirmək, serial izləmək və digər məişət amilləri işə marağı azalda bilər. Təklik və komanda dəstəyindən uzaq qalmaq da məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Nəticədə, uzaqdan işləmənin bütün bu mənfi cəhətləri uzunmüddətli itkilərlə nəticələnə bilər.

Hər sistemin üstün və zəif tərəfləri var. Bəzi əməkdaşlar evdən işləməyə tam uyğunlaşsa da, digərləri ofis mühitinə geri dönmək üçün fürsət axtarır. Elə bu səbəbdəndir ki, bir çox təşkilatlar hələ də 100% uzaqdan iş modelinə keçməkdə tərəddüd edir. Əməkdaşların motivasiyasını qorumaq və peşəkar münasibətləri gücləndirmək üçün əlavə təşviq və kommunikasiya metodları zəruri hesab olunur.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlk 5 ayda nağd xarici valyuta alışı satışdan 311 milyon dollar çox olub

24.06.2026

“ByteDance"dan süni intellekt sahəsində yeni addım

24.06.2026
"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb

"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb - CƏDVƏL

24.06.2026

Mərkəzi Bank uçot faiz dərəcəsini sabit saxlayıb

24.06.2026

“Sığorta haqları 23% artaraq 1,5 milyard manata çatıb”

24.06.2026

"Kred Aqro" BOKT-da direktor vəzifəsinə təyinat olub

24.06.2026

İlon Mask trilyonçu statusunu itirib

24.06.2026
Şirkətdə ixtisara düşməmək üçün nə etmək lazımdır?

Şirkətdə ixtisara düşməmək üçün nə etmək lazımdır?

24.06.2026

"Təşkilatlarda ən böyük problemlərdən biri ifadə azadlığının olmamasıdır"

24.06.2026

Uğurlu insanların həmişə dəqiq planı olmur

24.06.2026

Maaş artımı tələbiniz qəbul olunmadısa, nə etməlisiniz?

24.06.2026

Süni intellekt təlimində istifadə olunan 21 milyon mahnıdan ibarət baza açıqlandı

23.06.2026

Müasir dünyanın rəqəmsal onurğa sütunu: Fiber optik kabellər necə işləyir?

23.06.2026

Müddətli əmanətlər üzrə ən aşağı faizli regionlar

23.06.2026

"Instagram" olmayanda onlar var idi: Sosial medianın unudulmuş "kralları"

23.06.2026

"SpaceX" süni intellekt startapı ilə 6,3 milyard dollarlıq müqavilə bağladı

23.06.2026

Dünyanın milyarder xəritəsi: Varlılar hansı şəhərlərdə yaşayır?

23.06.2026

Prezident onları təltif etdi - Siyahı

23.06.2026

“Groq” startapı 650 milyon dollar investisiya aldı

23.06.2026

12 il "Dünya Bankı"nda işləyən azərbaycanlıya Maliyyə Nazirliyində yüksək vəzifə verildi

23.06.2026

Məzənnə

Yüklənir...