Startapını satdı, 400 əməkdaşını milyonçu etdi

Redaktor

09.05.2026 08:30
283

Startapını satdı, 400 əməkdaşını milyonçu etdi - SƏHƏR OXUSU

Bəzən şirkət sahibləri elə qərarlar verir ki, bunun təsiri təkcə bizneslə məhdudlaşmır, yüzlərlə insanın həyatına birbaşa təsir edir.

Texnologiya dünyasında belə nümunələr çox deyil. Adətən startap satışı sahibkara böyük qazanc gətirir, amma əməkdaşlar bu prosesdən eyni səviyyədə faydalanmır.

Lakin bu dəfə fərqli olub. Bir sahibkar startapını milyardlarla dollara sataraq yüzlərlə əməkdaşının da milyonçu olmasına şərait yaradıb.

Valyuta.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən texnologiya sahibkarı Jyoti Bansal startapını satmaq qərarını əsasən əməkdaşlarını nəzərə alaraq verdiyini açıqlayıb.

O, 2017-ci ildə qurduğu AppDynamics şirkətini 3,7 milyard dollara "Cisco" şirkətinə satıb. Halbuki, həmin vaxt startap bir neçə gün sonra IPO-ya çıxmağa hazırlaşırdı.

Bansal bildirib ki, şirkəti satmaq onun karyerasında “ən çətin qərarlardan biri” olub. Onun sözlərinə görə, IPO və ya satış variantlarından hər ikisi ona şəxsi qazanc gətirəcəkdi, lakin yalnız satış seçimi əməkdaşların da böyük qazanc əldə etməsinə imkan verirdi.

Nəticədə, qərardan sonra şirkətin təxminən 400 əməkdaşı səhmlərinin dəyərinin artması hesabına ən azı 1 milyon dollar qazanc əldə edib. Onlardan bəzilərinin qazancı isə 5 milyon dolları keçib.

“Bu, insanların həyatını dəyişən nəticələrdir”, - deyə Bansal qeyd edib.

O bildirib ki, qərar verərkən yalnız maliyyə deyil, həm də şirkətin gələcəyi, məhsulların uyğunluğu və 1200-ə yaxın əməkdaşın taleyi nəzərə alınıb. Onun hesablamalarına görə, şirkətin eyni dəyərə IPO yolu ilə çatması üçün ən azı 3–4 il vaxt və ciddi risklər tələb olunurdu.

“Bu qərarla biz həmin riskləri əməkdaşlar üçün aradan qaldırdıq”, - deyə o əlavə edib.

Bununla belə, sahibkar sonradan bu qərara görə müəyyən peşmanlıq hiss etdiyini də etiraf edib. Onun sözlərinə görə, şirkəti böyütmək imkanlarının olduğunu düşünürmüş və satışdan sonra bir müddət məqsədsizlik hissi yaşayıb.

Bansal qeyd edib ki, satış qərarı onun özü üçün də böyük maliyyə qazancı gətirib. O, şirkətin 14%-dən çox hissəsinə sahib idi.

“Bu, mənim üçün də həyat dəyişən məbləğ idi. Amma əsas faktor bu deyildi. Ən vacibi əməkdaşlarımız idi”, - deyə o vurğulayıb.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...