Redaktor
Turistlərin nəqliyyat xərcləri 43 milyon manat azalıb
2026-cı ilin yanvar-mart aylarında Azərbaycana turizm məqsədilə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin nəqliyyat xərclərində azalma müşahidə olunub.
Valyuta.az xəbər verir ki, cari ilin I rübündə bu istiqamətdə xərclər 234 milyon 607 min manat təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 278 milyon 42 min manat olub.
Bu, illik müqayisədə 43 milyon 435 min manat və ya 15,62% azalma deməkdir.
Hesabat dövründə nəqliyyat xərclərinə görə ən çox xərc çəkən ölkələr üzrə bölgü aşağıdakı kimi olub:
Rusiya Federasiyası - 67 milyon 13 min manat
Türkiyə - 28 milyon 517 min manat
Hindistan - 19 milyon 507 min manat
Pakistan - 11 milyon 46 min manat
Səudiyyə Ərəbistanı - 10 milyon 502 min manat
Qazaxıstan - 10 milyon 223 min manat
İsrail - 8 milyon 391 min manat
Sərvanə Rəmixanova