Redaktor
"Unicapital"ın qeyri-faiz gəlirləri yüksəlib, aktivləri 59% azalıb
Unicapital İnvestisiya Şirkəti 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Valyuta.az xəbər verir ki, "Unicapital"ın xalis mənfəəti 2025-ci ildə 285,4 min manat təşkil edib.
Bu, 2024-cü illə müqayisədə 60,7 min manat və ya 17,5% azdır. Ötən il şirkət 346,1 min manat xalis mənfəət əldə etmişdi.
Şirkətin vergidən əvvəl mənfəəti isə illik müqayisədə 34,2% azalaraq 463,5 min manatdan 304,9 min manata düşüb.
Bununla yanaşı, qeyri-faiz gəlirləri artım nümayiş etdirib. Hesabat dövründə bu göstərici 177,2 min manat və ya 5,5% artaraq 3,38 milyon manata çatıb. Qeyri-faiz gəlirlərinin əsas hissəsini 3,24 milyon manat həcmində xalis komissiya gəlirləri formalaşdırıb.
2025-ci il dekabrın 31-nə "Unicapital"ın cəmi aktivləri 8,55 milyon manat təşkil edib. Bu göstərici bir il əvvəlki 20,8 milyon manatla müqayisədə 12,25 milyon manat və ya 58,9% azdır.
Aktivlərin azalmasında əsas pay investisiya qiymətli kağızları portfelinin payına düşüb. Portfelin həcmi bir il ərzində 13,94 milyon manatdan 1,10 milyon manata enib. Pul vəsaitləri və onların ekvivalentləri də 1,07 milyon manatdan 155 min manata qədər azalıb.
Şirkətin cəmi öhdəlikləri də azalaraq 19,15 milyon manatdan 6,61 milyon manata düşüb. Bu isə illik müqayisədə 12,54 milyon manat və ya 65,5% azalma deməkdir.
Öhdəliklərin azalmasına əsas təsir göstərən amil repo əməliyyatları üzrə borcların bağlanması olub. Belə ki, 2024-cü ilin sonunda 12,97 milyon manat təşkil edən həmin öhdəlik 2025-ci ilin sonuna qeydə alınmayıb.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
02.06.2026“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®
02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi
02.06.2026Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb
02.06.2026Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb
02.06.2026