“Xalq Həyat Sığorta” maliyyə hesabatını açıqladı

Redaktor

13.05.2026 09:20
347

“Xalq Həyat Sığorta” maliyyə hesabatını açıqladı

Xalq Həyat Sığorta Şirkəti ASC 2026-cı ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Valyuta.az xəbər verir ki, 2026-cı ilin yanvar-mart aylarında şirkətin gəlirləri illik müqayisədə 478 min 70 manat və ya 11,8% artaraq 4 milyon 532 min 250 manat təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 4 milyon 54 min 181 manat olub.

Hesabat dövründə sığorta şirkətinin əsas əməliyyat gəlirləri illik müqayisədə 384 min 254 manat və ya 15% artaraq 2 milyon 938 min 109 manata yüksəlib. 2025-ci ilin eyni dövründə bu göstərici 2 milyon 553 min 855 manat olub.

Şirkətin xərcləri 96 min 667 manat və ya 2,8% artaraq 3 milyon 559 min 597 manat təşkil edib. Əsas əməliyyat xərcləri 256 min 75 manat və ya 9,7% azalsa da, işlərin aparılması xərcləri 352 min 742 manat və ya 43,5% artıb.

2026-cı ilin ilk rübündə Xalq Həyat Sığorta Şirkəti ASC 972 min 653 manat xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 381 min 403 manat və ya 64,5% çoxdur.

"Xalq Həyat"ın cəmi öhdəlikləri illik müqayisədə 1 milyon 532 min 743 manat və ya 13,8% artaraq 12 milyon 670 min 302 manata çatıb. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 137 min 559 manat təşkil edib.

Şirkətin cəmi aktivləri illik müqayisədə 3 milyon 36 min 548 manat və ya 10,7% artaraq 31 milyon 493 min 790 manata yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 28 milyon 457 min 242 manat olub.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...