Redaktor
“Xalq Sığorta”da ödənişlər artıb, yığımlar isə azalıb
“Xalq Sığorta” ASC cari ilin yanvar-aprel aylarında 9 milyon 551 min manat sığorta haqqı toplayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 191 min manat və ya 1,96% azalma deməkdir.
Valyuta.az xəbər verir ki, ötən ilin yanvar-aprel aylarında şirkətin yığımları 9 milyon 742 min manat təşkil edib.
Şirkətin sığorta ödənişləri isə artım göstərib. Belə ki, cari ilin ilk 4 ayında ödənişlər 538 min manat və ya 19,23% artaraq 3 milyon 335 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 2 milyon 797 min manat olub.
Nəticədə şirkətin zərərlilik səviyyəsində artım qeydə alınıb. Yığımların azalması və ödənişlərin artması fonunda sığorta portfelində ödəniş yükü yüksəlib.
Beləliklə, şirkət bu ilin ilk 4 ayında topladığı hər 100 manat sığorta haqqının təxminən 35 manatını ödənişlərə yönəldib. Ötən ilin eyni dövründə isə bu rəqəm təxminən 29 manat təşkil edib.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
02.06.2026“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®
02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi
02.06.2026Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb
02.06.2026Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb
02.06.2026