78 yaşında biznes qurub 84 yaşında milyarder olan sahibkar

Redaktor

16.03.2026 16:25
427

78 yaşında biznes qurub 84 yaşında milyarder olan sahibkar

Amerikalı sahibkar Sidney Frank biznes tarixində gec yaşda uğur qazanan ən məşhur nümunələrdən biri hesab olunur.

Valyuta.az xəbər verir ki, o, uzun illər spirtli içki sektorunda çalışdıqdan sonra 78 yaşında “Grey Goose” premium votka markasını yaradıb, cəmi bir neçə il sonra isə şirkəti milyardlarla dollara sataraq böyük sərvət əldə edib.

Frank 1919-cu ildə ABŞ-da anadan olub və karyerasına içki sənayesində marketinq və satış sahəsində başlayıb. 1970-ci illərdə qurduğu "Sidney Frank Importing Company" vasitəsilə Avropa içkilərini ABŞ bazarına gətirirdi. Onun ilk böyük uğurlarından biri Almaniyanın “Jägermeister” likörünü ABŞ-da populyarlaşdırmaq oldu.

1990-cı illərin ortalarında Frank bazarda maraqlı bir boşluq gördü: premium seqmentdə güclü votka brendi demək olar ki, yox idi. Bu ideya əsasında o, 1997-ci ildə Fransada istehsal olunan “Grey Goose” votkasını yaratdı. Məhsul yüksək qiymət, fərqli dizayn və elit imic strategiyası ilə bazara təqdim edildi və qısa müddətdə ultra-premium votka kateqoriyasının liderlərindən birinə çevrildi.

Markanın sürətli uğuru nəticəsində 2004-cü ildə “Grey Goose” şirkəti “Bacardi” korporasiyasına təxminən 2 milyard dollara satıldı. Bu satış Sidney Frankı 84 yaşında milyarderə çevirdi.

Frank yalnız biznes uğurları ilə deyil, həm də xeyriyyəçilik fəaliyyəti ilə tanınır. O, təhsil sahəsinə, xüsusilə də Brown Universitetinə böyük maliyyə dəstəyi göstərib və tələbələr üçün milyonlarla dollarlıq təqaüd fondları yaradıb.

Sidney Frank 2006-cı ildə 86 yaşında vəfat edib. Onun hekayəsi biznes dünyasında tez-tez bir nümunə kimi göstərilir: sahibkarlıq üçün bəzən ən böyük üstünlük yaş deyil, təcrübə və doğru ideyanı vaxtında görmək bacarığıdır.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlon Mask: "Süni intellekt dövründə pensiya yığmağa ehtiyac qalmaya bilər"

26.04.2026

Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir

26.04.2026

Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb

26.04.2026

Restoranların "vaxt limiti" oyunu: Müştərini məcburi sifarişə vadar etmək qanunidirmi?

26.04.2026

1 hektar tütün sahəsindən nə qədər gəlir qazanmaq mümkündür?

26.04.2026

Clopos INMerge Ventures-dan investisiya cəlb edib

25.04.2026

Yeni tikilən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbi nədir?

25.04.2026

Yüz minlərlə evin gecikən "kupça"sı - Çıxış yolu

25.04.2026

Sərvəti kim daha uzun qoruyur - öz zəhməti ilə qazananlar, yoxsa miras varlıları?

25.04.2026

Startaplarda “Biz nə edirik?” yox, “nəyi dəyişirik?” dövrü

25.04.2026

Azərbaycanda 13,9 min tondan çox duru bitki yağı istehsal olunub

25.04.2026

Kevin O’Liri: Əksər insanların etdiyi 2 axmaq pul səhvi

25.04.2026

Süni intellektin insanı əvəz etməyəcəyi sahələr: Ekspert əsas peşələri açıqladı

25.04.2026

Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

25.04.2026

Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər

25.04.2026

İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

25.04.2026

Prezident: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

25.04.2026

Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub

25.04.2026

20 saatdan çox havada: Dünyanın ən uzun fasiləsiz reysi istifadəyə veriləcək

25.04.2026

Yoxsulluqda böyüyən insanların 5 gizli vərdişi

25.04.2026

Məzənnə

Yüklənir...