İlon Mask: "Süni intellekt dövründə pensiya yığmağa ehtiyac qalmaya bilər"

Redaktor

26.04.2026 17:06
87

İlon Mask: "Süni intellekt dövründə pensiya yığmağa ehtiyac qalmaya bilər"

İlon Mask süni intellektin iqtisadiyyatda yaradacağı dəyişikliklərin gələcəkdə insanları pensiya üçün pul yığmaq məcburiyyətindən azad edə biləcəyini bildirib.

Valyuta.az xəbər verir ki, mövzuya münasibət bildirən sahibkar və texnologiya futuristi Peter Diamandis qeyd edib ki, bu yanaşmanın əsasında texnoloji inkişafın böyük sərvət yaratması və məhsul-xidmətlərin kəskin ucuzlaşması dayanır.

Onun sözlərinə görə, süni intellekt, robototexnika və enerji sahəsində irəliləyişlər iqtisadi artımı sürətləndirə, şirkətlərin gəlirlərini yüksəldə və dövlətlərə vətəndaşlara universal gəlir ödəmək imkanı yarada bilər.

Diamandis hesab edir ki, gələcəkdə hökumətlər insanlara aylıq sabit ödənişlər təqdim edə bilər. Məhsul və xidmətlərin qiyməti aşağı düşdükcə bu vəsaitin alıcılıq qabiliyyəti daha da artacaq.

Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, belə model insanların əmək bazarından uzaqlaşmasına səbəb ola bilər. Ekaterina Abramova bildirib ki, uzun müddət iqtisadi fəaliyyətdən kənarda qalmaq bacarıqların zəifləməsi və məhsuldarlığın azalması riskini yaradır. Buna görə universal gəlir təhsil, sahibkarlıq və faydalı fəaliyyətə təşviq edən mexanizmlərlə dəstəklənməlidir.

İlon Mask daha əvvəl də süni intellektin bəzi peşələri əvəz edəcəyini, lakin eyni zamanda yeni imkanlar yaradacağını vurğulamışdı. Onun fikrincə, gələcəkdə işləmək zərurət deyil, seçimə çevrilə bilər.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlon Mask: "Süni intellekt dövründə pensiya yığmağa ehtiyac qalmaya bilər"

26.04.2026

Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir

26.04.2026

Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb

26.04.2026

Restoranların "vaxt limiti" oyunu: Müştərini məcburi sifarişə vadar etmək qanunidirmi?

26.04.2026

1 hektar tütün sahəsindən nə qədər gəlir qazanmaq mümkündür?

26.04.2026

Clopos INMerge Ventures-dan investisiya cəlb edib

25.04.2026

Yeni tikilən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbi nədir?

25.04.2026

Yüz minlərlə evin gecikən "kupça"sı - Çıxış yolu

25.04.2026

Sərvəti kim daha uzun qoruyur - öz zəhməti ilə qazananlar, yoxsa miras varlıları?

25.04.2026

Startaplarda “Biz nə edirik?” yox, “nəyi dəyişirik?” dövrü

25.04.2026

Azərbaycanda 13,9 min tondan çox duru bitki yağı istehsal olunub

25.04.2026

Kevin O’Liri: Əksər insanların etdiyi 2 axmaq pul səhvi

25.04.2026

Süni intellektin insanı əvəz etməyəcəyi sahələr: Ekspert əsas peşələri açıqladı

25.04.2026

Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

25.04.2026

Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər

25.04.2026

İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

25.04.2026

Prezident: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

25.04.2026

Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub

25.04.2026

20 saatdan çox havada: Dünyanın ən uzun fasiləsiz reysi istifadəyə veriləcək

25.04.2026

Yoxsulluqda böyüyən insanların 5 gizli vərdişi

25.04.2026

Məzənnə

Yüklənir...