Yüz minlərlə evin gecikən "kupça"sı - Çıxış yolu

Redaktor

25.04.2026 20:10
1,134

Yüz minlərlə evin gecikən "kupça"sı - Çıxış yolu

Bu ilin yanvar–mart aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 79 921 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. Rəsmi məlumatlara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,75 faiz azdır. Üç ay ərzində rəsmiləşdirilən hüquqların 14 256-sı (17,8 faiz) ilkin, 65 665-i (82,2 faiz) isə təkrar qeydiyyatın payına düşüb.
Hesabat dövründə fərdi yaşayış və bağ evləri üzrə 17 029, mənzillər üzrə 19 063, torpaq sahələri üzrə 40 894, qeyri-yaşayış binaları üzrə 753, qeyri-yaşayış sahələri üzrə 2 029, əmlak kompleksləri üzrə 125, çoxmərtəbəli yaşayış binaları üzrə isə 28 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Yeni qeydiyyata alınan hüquqların 20 540-ı Bakının, qalan hissəsi isə regionların payına düşür.
Rəqəmlər ilk baxışdan aktivliyi göstərsə də, ölkədə – xüsusilə paytaxtda – sənədsiz ev probleminin miqyası hələ də ciddi olaraq qalır. Bir neçə il əvvəl inşa edilən minlərlə fərdi evə bəzi hallarda kommunal xətlər çəkilib, müxtəlif qurumlar tərəfindən qeyri-rəsmi şəkildə tanınma baş verib. Buna baxmayaraq, həmin evlərin sahibləri bu gün də mülkiyyət hüququnu təsdiq edən əsas sənədi – "kupça”nı ala bilmirlər.
Son illər rəsmi səviyyədə bu tikililərin çıxarışla təmin ediləcəyi barədə açıqlamalar verilsə də, proses hələ də sistemli şəkildə həyata keçirilmir. Əksinə, son statistik göstəricilər bu istiqamətdə dinamikanın zəiflədiyini göstərir.
Belə vəziyyətdə əsas sual dəyişməz qalır: niyə vətəndaşlar faktiki sahib olduqları daşınmaz əmlaka hüquqi sənəd ala bilmirlər?
Tanınmış hüquqşünas Əkrəm Həsənov bildirib ki, Azərbaycan qanunvericiliyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı olmayan bina və ya tikili hüquqi baxımdan "mövcud deyil” kimi qəbul olunur:
"Yəni faktiki olaraq mövcud olsa da, sənədlərdə sanki yoxdur. Bunu biz hətta yeni tikilən binalarda da görürük: vətəndaşlar illərlə çıxarış ala bilmirlər, çünki bina istismara qəbul edilməli, müvafiq texniki və təhlükəsizlik tələblərinə cavab verməlidir və sair.
Eyni zamanda, həm keçmiş əsrlərdən qalan, həm də xüsusilə müstəqilliyin ilk illərində baş verən özbaşınalıqlar nəticəsində çox sayda fərdi tikililər meydana çıxıb. Kim harada imkan tapıbsa, ev tikib, yaxud mövcud tikilinin sahəsini artırıb. Amma bu gün həmin evlərdə insanlar yaşayır, baxmayaraq ki, onlar dövlət reyestrində qeydiyyata düşməyib. Belə obyektlərin sayı isə az deyil, minlərlədir. Halbuki vətəndaş həmin evdə yaşayır, kommunal xidmətlərdən istifadə edir. Bu isə o deməkdir ki, dövlət faktiki olaraq həmin yaşayış sahələrini tanıyır. Əgər tanımırsa, niyə ora qaz, su, elektrik verilir? Bəzi hallarda hətta daşınmaz əmlak vergisi də yığılır. Bu məntiqdən çıxış etsək, həmin vətəndaşlara çıxarış da verilməlidir. Bu məsələnin qanunsuz olub-olmaması artıq ikinci plandadır. Uzun illərdir müzakirə olunur ki, əmlak amnistiyası tətbiq edilməlidir. Yəni elan olunmalıdır ki, müəyyən tələblərə cavab verən tikililər qeydiyyata alınacaq və sahiblərinə çıxarış veriləcək. Amma bundan sonra eyni halların təkrarlanmasına yol verənlər qanun qarşısında cavab verməlidir. Çünki qanunvericiliyə görə qanunsuz tikinti cinayət məsuliyyəti yaradır. Lakin bu qədər insanı məsuliyyətə cəlb etmək real deyil. Ona görə də amnistiya mexanizmi ən optimal çıxış yolu kimi təqdim olunur və geniş şəkildə çıxarışların verilməsi təklif edilir".
"Bəs niyə bu proses baş tutmur” sualına Ə.Həsənov belə cavab verib:
"Səbəb sadədir və bir qədər də yerli reallıqlarla bağlıdır. Bu sahə bir çox hallarda məmurlar üçün qeyri-rəsmi gəlir mənbəyinə çevrilib. Yəni çıxarış məsələsi bəzən süni şəkildə uzadılır və nəticədə korrupsiya, rüşvət halları üçün zəmin yaranır. Bəzi vətəndaşlar müxtəlif yollarla sənəd əldə edə bilir, digərləri isə illərlə gözləməli olur. Digər tərəfdən, əmlak amnistiyasının həyata keçirilməsi ciddi hazırlıq tələb edir. Hansı tikililərin standartlara cavab verdiyi müəyyənləşdirilməli, təhlükəli obyektlər ayırd edilməlidir. Əgər hansısa tikili təhlükəlidirsə və ona çıxarış verilə bilmirsə, həmin vətəndaşların alternativ yaşayışla təmin olunması da gündəmə gəlir. Bu isə əlavə təşkilati və maliyyə yükü deməkdir. Bütün bu amillər – həm maraq toqquşması, həm də hazırlıq işlərinin mürəkkəbliyi – prosesin uzanmasına səbəb olur. Nəticədə isə minlərlə vətəndaş faktiki sahib olduğu əmlak üzərində hüquqi təminat ala bilmir".
©Musavat.com
 
Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlon Mask: "Süni intellekt dövründə pensiya yığmağa ehtiyac qalmaya bilər"

26.04.2026

Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir

26.04.2026

Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb

26.04.2026

Restoranların "vaxt limiti" oyunu: Müştərini məcburi sifarişə vadar etmək qanunidirmi?

26.04.2026

1 hektar tütün sahəsindən nə qədər gəlir qazanmaq mümkündür?

26.04.2026

Clopos INMerge Ventures-dan investisiya cəlb edib

25.04.2026

Yeni tikilən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbi nədir?

25.04.2026

Yüz minlərlə evin gecikən "kupça"sı - Çıxış yolu

25.04.2026

Sərvəti kim daha uzun qoruyur - öz zəhməti ilə qazananlar, yoxsa miras varlıları?

25.04.2026

Startaplarda “Biz nə edirik?” yox, “nəyi dəyişirik?” dövrü

25.04.2026

Azərbaycanda 13,9 min tondan çox duru bitki yağı istehsal olunub

25.04.2026

Kevin O’Liri: Əksər insanların etdiyi 2 axmaq pul səhvi

25.04.2026

Süni intellektin insanı əvəz etməyəcəyi sahələr: Ekspert əsas peşələri açıqladı

25.04.2026

Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

25.04.2026

Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər

25.04.2026

İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

25.04.2026

Prezident: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

25.04.2026

Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub

25.04.2026

20 saatdan çox havada: Dünyanın ən uzun fasiləsiz reysi istifadəyə veriləcək

25.04.2026

Yoxsulluqda böyüyən insanların 5 gizli vərdişi

25.04.2026

Məzənnə

Yüklənir...