Redaktor
Avropada ən populyar avtomobillər açıqlandı
Avropa İttifaqında ötən ay yeni minik avtomobillərinin bazarı illik müqayisədə 1,4 faiz artaraq 865,4 min ədədə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Avropa Avtomobil İstehsalçıları Assosiasiyası ("ACEA") yayıb.
Hibrid elektrik avtomobilləri qeydiyyat sayına görə bazarın 38,7 faizini tutaraq Avropa İttifaqında ən populyar seçim olaraq qalır. Benzin və dizel mühərrikli avtomobillərin bazar payı 2025-ci ilin fevralındakı 38 faizdən 31 faizə enib.
Avropa İttifaqında mühərrik növlərinə görə yeni avtomobil qeydiyyatları:
* hibridlər (HEV) – 334 791 ədəd (+10%);
* benzin avtomobilləri – 199 910 ədəd (−18%);
* elektromobillər (BEV) – 158 280 ədəd (+21%);
* plug-in hibridlər (PHEV) – 83 772 ədəd (+32%);
* dizel avtomobilləri – 70 366 ədəd (−13%);
* digər növlər – 18 318 ədəd (−40%).
İlin əvvəlindən bəri Avropa İttifaqında ümumilikdə 1 664 680 yeni minik avtomobili qeydiyyata alınıb ki, bu da ötən illə müqayisədə 1,2 faiz azdır.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Metatesk”in hədəfi Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən şirkətlərdən biri olmaqdır - MÜSAHİBƏ
15.04.2026
“AccessBank”ın vaxtı keçmiş kreditləri 7,6 milyon manat artıb
15.04.2026Avro və rubl bahalaşmaqda davam edir
15.04.2026