İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

Redaktor

14.04.2026 18:22
35

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

İran Ticarət Palatasının Bilik əsaslı iqtisadiyyat komissiyasının sədri Əfşin Kolahi ölkədə internetin beynəlxalq şəbəkəyə çıxışının məhdudlaşdırılmasının iqtisadiyyata vurduğu zərəri açıqlayıb.

Valyuta.az-ın məlumatına görə, İran Ticarət Palatasında keçirilən iclasda çıxış edən Kolahi bildirib ki, internet kəsintisinin birbaşa gündəlik zərəri 30-40 milyon dollar, dolayı zərəri isə təxminən 70-80 milyon dollar civarındadır.

İranlı rəsmi qeyd edib ki, bu zərər gündə iki elektrik stansiyasının dəyərinə bərabərdir və bu zərər ölkənin (müharibədən asılı olmayaraq) özünə vurduğu iqtisadi itkidir.

Məlumata görə, İranda beynəlxalq internetə çıxış son illərdə ilk dəfə 2025-ci il 28 dekabrda iqtisadi problemlərlə bağlı başlayan və sonradan rejim əleyhinə etirazlara çevrilən hadisələr fonunda bir aydan çox müddətə məhdudlaşdırılmışdı.

İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Səttar Haşimi 2026-cı il 26 yanvarda verdiyi açıqlamada həmin kəsintinin ölkə iqtisadiyyatına gündəlik təxminən 34,5 milyon dollar zərər vurduğunu bildirmişdi.

Məlumatlara görə, ABŞ-İsrail hücumlarının başladığı 28 fevraldan bəri İranda 46 gündür beynəlxalq internetə çıxışın olmadığı qeyd olunur.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...