Redaktor
İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
ABŞ ilə İran arasında artan diplomatik təmaslar qlobal bazarlarda risk iştahını gücləndirib və kriptovalyuta bazarında kəskin yüksəlişlərə səbəb olub.
Valyuta.az xəbər verir ki, geosiyasi gərginliyin bir qədər yumşalması fonunda investorların riskli aktivlərə yönəlməsi Bitcoin-də son həftələrin ən güclü rallisini formalaşdırıb.
ABŞ Prezidenti Donald Trampın İranın sülh danışıqlarına açıq olduğuna dair açıqlamaları bazarlarda “risk-on” iştahını artırıb. Hörmüz boğazı ətrafındakı gərginliyə baxmayaraq diplomatik həll gözləntilərinin güclənməsi kriptovalyuta bazarında güclü alışları dəstəkləyib. Eyni nikbinlik dalğası Asiya birjalarında da yüksəlişlərə səbəb olub.
Son həftələrdə Bitcoin-in performansı diqqət çəkir. Fevralın sonundan bu yana 10 faizdən çox dəyər qazanan kriptovalyuta eyni dövrdə təxminən 10 faiz dəyər itirən qızıl və sabit dinamikada qalan S&P 500 indeksindən daha güclü nəticə göstərib.
Analitiklərə görə, yüksəliş təkcə geosiyasi proseslərlə məhdudlaşmır. Spot Bitcoin ETF-lərinə 1 milyard dollardan çox girişin olması və institusional alışların davam etməsi qiymətləri dəstəkləyən əsas amillər arasında göstərilir.
Digər tərəfdən, “MicroStrategy”nin portfelinə əlavə 14 min Bitcoin daxil etdiyi barədə xəbərlər də bazarda müsbət təsir yaradıb.
Mütəxəssislər mövcud mühitdə Bitcoin-in qlobal risk iştahındakı dəyişikliklərə qarşı həssas hərəkət etdiyini bildirirlər. Diplomatik proseslərin davam etməsi halında bazarda yüksək volatilliklə yanaşı yüksəliş meylinin də davam edə biləcəyi qeyd olunur.
Bitcoin 74 min 901 dollara qədər yüksələrək 17 martdan bəri ən yüksək səviyyəsini görüb. Zirvədən sonra qismən geriləyən qiymət 74 min 400 dollar ətrafında stabilləşib. Eyni yüksəliş dalğası ilə Ethereum da 5 faiz dəyər qazanaraq 2 min 370 dollar səviyyəsinə yüksəlib.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026