Redaktor
Avropada elektrikli avtomobil satışı rekord qırdı
Avropada Yaxın Şərqdəki müharibə səbəbilə artan yanacaq qiymətləri və subsidiya proqramlarının təsiri ilə elektrikli avtomobil satışları mart ayında yarım milyonu keçərək rekord səviyyəyə çatıb.
Valyuta.az xəbər verir ii, Londonda yerləşən “Benchmark Mineral Intelligence” adlı məlumat-analitika şirkəti mart ayına dair elektrikli avtomobil satış göstəricilərini yayımlayıb.
Məlumata görə, dünyada mart ayında 1,75 milyon elektrikli avtomobil satılıb. Satışlar illik müqayisədə 3 faiz, aylıq müqayisədə isə 66 faiz artıb.
Elektrikli avtomobil satışlarındakı artımda Avropadakı rekord yüksəliş əsas rol oynayıb. ABŞ-İsrail ilə İran arasındakı müharibədən sonra neft tədarükündə yaranan pozuntular və artan yanacaq qiymətləri, eləcə də yenilənən subsidiya proqramları sürücülərin elektrikli avtomobillərə marağını gücləndirib.
Avropada elektrikli avtomobil satışları martda ilk dəfə yarım milyonu keçərək təxminən 540 minə çatıb. Bu göstərici əvvəlki ayla müqayisədə 72 faiz, illik müqayisədə isə 37 faiz artım deməkdir. Böyük Britaniya, Belçika, Finlandiya, Fransa, İtaliya, Portuqaliya və İspaniya rekord satışların qeydə alındığı ölkələr sırasında yer alıb.
Bununla yanaşı, martdakı artıma baxmayaraq, qlobal elektrikli avtomobil satışları ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 4 milyon ədəd olub.
Bu dövrdə Çində satışlar 21 faiz azalaraq 1,9 milyon təşkil edib və bu eniş qlobal artımı zəiflədib. Fevralda Çin Yeni ili səbəbilə satışların kəskin azalması birinci rüb göstəricilərinə mənfi təsir göstərib.
Şimali Amerikada satışlar da 27 faiz azalaraq 320 minə düşüb. Avropada satışlar isə 27 faiz artaraq 1,2 milyona, dünyanın qalan hissəsində isə 79 faiz artaraq 600 minə yüksəlib.
“Benchmark Mineral Intelligence” şirkətinin məlumat direktoru Çarlz Lester verilənləri şərh edərək bildirib ki, Avropa mart ayında yarım milyondan çox elektrikli avtomobil satışı ilə tarixinin ən güclü ayını keçirib və artımın lokomotivi olub.
O qeyd edib ki, satışlar subsidiya proqramları və artan yanacaq qiymətlərinin təsiri ilə yüksəlib, lakin qlobal miqyasda struktur təzyiqlər davam edir və regionlar arasında fərqlər getdikcə daha da aydınlaşır.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026