Redaktor
Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
Bu gün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.
Valyuta.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, iclasda 2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas istiqamət və hədəfləri, prioritet xərc istiqamətləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə, büdcə dayanıqlığı, 2027-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, sosial siyasət və əsas göstəriciləri və digər cari iqtisadi məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə maliyyə naziri Sahil Babayevin, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin və iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzələri dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla gündəlikdə olan məsələlərə dair müvafiq qərarlar qəbul olunub. Maliyyə nazirliyinə və digər aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin və OMBÇ sənədinin hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verilib.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026