İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

Redaktor

14.04.2026 19:07
52

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

ABŞ-ın “United Airlines” aviaşirkətinin baş direktoru Skott Kirbi Ağ Evin yüksəkvəzifəli rəsmiləri ilə aparılan danışıqlar zamanı “American Airlines” ilə mümkün birləşmə məsələsini müzakirə edib. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Agentliyin yaydığı xəbərin ardından hər iki şirkətin səhmləri müvafiq olaraq 11% və 1,3% artıb. Bununla belə, müzakirələrin hansı mərhələdə olduğu və Skott Kirbinin konkret təklif irəli sürüb-sürmədiyi hələlik dəqiq deyil.

Birləşmə prosesinin ABŞ-ın Nəqliyyat və Ədliyyə nazirlikləri tərəfindən təsdiqlənməsi tələb olunur. Nəqliyyat naziri Şon Daffi böyük nəqliyyat şirkətlərinin birləşməsinə baxılarkən aviabiletlərin qiymətlərində mümkün dəyişikliklərə və həm ABŞ, həm də xarici şirkətlərlə rəqabətə xüsusi diqqət yetiriləcəyini bildirib.

“Aviasiya sektorunda birləşmələr üçün yer varmı? Bəli, məncə var”, deyə Şon Daffi keçən həftə CNBC-yə müsahibəsində qeyd edib. 

Nazir eyni zamanda bildirib ki, belə birləşmə zamanı şirkətlər bəzi aktivlərindən imtina etməli olacaqlar. Onun sözlərinə görə, bu addım bazarda böyük paya sahib olan yeni daşıyıcının yaranması fonunda istehlak qiymətlərinin artmasının qarşısını almaq üçün lazımdır.

“United Airlines” və “American Airlines” ABŞ-ın dörd ən böyük aviadaşıyıcısı sırasına daxildir və ölkə bazarının üçdə birindən çoxuna nəzarət edirlər. “United Airlines”ın bazar dəyəri 31 milyard dollar, “American Airlines”ın isə 7,4 milyard dollar təşkil edir. "Bloomberg"in yazdığına görə, birləşmə baş verərsə, şirkətlər ümumi gəliri 100 milyard dollardan çox və 2,8 min təyyarədən ibarət donanmaya malik dünyanın ən böyük aviaşirkətini yarada bilər.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...