Redaktor
Azad edilmiş ərazilərə 700 min nəfərin qayıdışı planlaşdırılır
Azad edilmiş ərazilərə təxminən 700 min keçmiş məcburi köçkünün mərhələli şəkildə qayıdışı nəzərdə tutulur və Böyük Qayıdış proqramı Azərbaycanın 2030-cu ilədək əsas milli prioritetlərindən biri hesab olunur.
Valyuta.az "Modern.az"a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Miqrasiya və şəhərlər: təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda keçirilən panel müzakirəsində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bildirib.
O qeyd edib ki, son 30 ildə dünyanın ən böyük məcburi köçkünlük hallarından biri Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi nəticəsində yaşanıb.
“10 milyon əhalisi olan ölkədə yüz minlərlə insan məcburi köçkünə çevrilib və doğma torpaqlarından didərgin düşüb.
Azərbaycan dövləti ötən illər ərzində məcburi köçkünlər üçün 20-dən çox müasir yaşayış məntəqəsi salıb, 320 min nəfər yaxşılaşdırılmış mənzil şəraiti ilə təmin olunub. Lakin problemin yeganə dayanıqlı həlli münaqişənin siyasi yolla həlli və işğal altındakı ərazilərin azad olunması idi”.
F.Hüseynov həmçinin vurğulayıb ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü bərpa olunub və keçmiş məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətli şəkildə geri dönüşü üçün şərait yaranıb.
O əlavə edib ki, hökumət tərəfindən azad edilmiş ərazilərlə bağlı ilk dəfə Böyük Qayıdışa dair dövlət proqramı qəbul edilib və hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Anthropic” "xAI" üçün hər ay 1,25 milyard dollar ödəməli olacaq
21.05.2026Naxçıvanda Turizm Departamenti ləğv edilib
21.05.2026İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
21.05.2026Sement ixracından əldə olunan gəlirlər 4 milyon azalıb
21.05.2026Pilotlar narazıdır: Günəş elektrik stansiyası hava səyahətləri üçün təhlükə yaradır
21.05.2026Britaniya deputatlardan sosial media etirazı: "Məktəbə yorğun gedirlər"
21.05.2026İşsizlərin ən çox cəmləşdiyi rayonlar - CƏDVƏL
21.05.2026Mobil rabitə gəlirləri açıqlandı
21.05.2026AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub ®
21.05.2026Dünya neft qıtlığı astanasındadır: Ehtiyatlar rekord sürətlə azalır
21.05.2026"SpaceX" IPO-suna "Goldman Sachs" rəhbərlik edəcək
21.05.2026Bakı-Tbilisi-Bakı qatarının qiymətləri tam açıqlandı - CƏDVƏL
21.05.2026Azərbaycanda düyünün orta idxal qiyməti 8,6% azalıb
21.05.2026