İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib

Redaktor

21.05.2026 19:36
80

İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsi ilə bağlı göstərdiyi dəstəyə görə BMT rəhbərliyinə minnətdarlığını bildirdi, tədbirin uğurlu olması üçün Azərbaycan Hökumətinin və BMT-nin Məskunlaşma Proqramının bir komanda kimi fəaliyyət göstərdiyini dedi.

WUF13-ün COP29-dan sonra iştirakçı sayına görə ölkəmizdə keçirilən ikinci mühüm qlobal tədbir olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının da uğurla təşkil edildiyini vurğuladı.

Dövlət başçısı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini deyərək, ölkəmizin gələcəkdə də bu Proqramla tərəfdaşlığını davam etdirəcəyini və Ümumdünya Şəhərsalma Forumunun digər sessiyalarının işində də fəal olacağını bildirdi.

Amina Mohammed BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlətimizin başçısına çatdırdı.

Salamlara görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş etdi.

WUF13-ün uğurla keçdiyini deyən Amina Mohammed bununla bağlı dövlətimizin başçısını təbrik etdi. O, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən çox sayda yüksək səviyyəli qonağın iştirak etməsinin dərin təəssürat hissi yaratdığını bildirdi.

Amina Mohammed Bakıda müasir şəhərsalma qaydaları tətbiq olunmaqla tarixi irslə müasirliyin vəhdətinin təmin edildiyini məmnunluqla vurğuladı və bildirdi ki, bu, paytaxtımıza xüsusi gözəllik verir.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə postmünaqişə şəraitində həyata keçirdiyi bərpa və quruculuq işlərinin postmünaqişə vəziyyətindəki regionlar üçün bir nümunə olduğu bildirildi və bu xüsusda ölkəmizin təcrübəsinin BMT çərçivəsində digər ölkələrlə bölüşməsinin faydalı olacağı vurğulandı.

Azərbaycanın "ASAN xidmət" modelinin BMT-nin dövlət xidmətləri mükafatına, həmçinin BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görüldüyü xatırlandı, "ASAN xidmət"in uğurlu təcrübə kimi Afrika və Asiyanın müxtəlif ölkələrində tətbiq olunduğu qeyd edildi.

Söhbət zamanı Azərbaycanla BMT arasında uzun illərdir uğurlu əməkdaşlığın həyata keçirildiyi və ölkəmizin bu təşkilatın fəal üzvü olduğu, onun proqram və tədbirlərinin icrasına mühüm töhfələr verdiyi vurğulandı. İndiyədək BMT-nin müxtəlif mövzulara aid beynəlxalq tədbirlərinin Azərbaycanda yüksək səviyyədə təşkil olunması məmnunluqla xatırlandı.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Naxçıvanda Turizm Departamenti ləğv edilib

21.05.2026

İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib

21.05.2026

Sement ixracından əldə olunan gəlirlər 4 milyon azalıb

21.05.2026

Pilotlar narazıdır: Günəş elektrik stansiyası hava səyahətləri üçün təhlükə yaradır

21.05.2026

Britaniya deputatlardan sosial media etirazı: "Məktəbə yorğun gedirlər"

21.05.2026

İşsizlərin ən çox cəmləşdiyi rayonlar - CƏDVƏL

21.05.2026

Mobil rabitə gəlirləri açıqlandı

21.05.2026

AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub ®

21.05.2026

Dünya neft qıtlığı astanasındadır: Ehtiyatlar rekord sürətlə azalır

21.05.2026

"SpaceX" IPO-suna "Goldman Sachs" rəhbərlik edəcək

21.05.2026

Bakı-Tbilisi-Bakı qatarının qiymətləri tam açıqlandı - CƏDVƏL

21.05.2026

Azərbaycanda düyünün orta idxal qiyməti 8,6% azalıb

21.05.2026
“Fresha” startapının dəyəri 1 milyard dollara çatdı

“Fresha” startapının dəyəri 1 milyard dollara çatdı

21.05.2026

“Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb ®

21.05.2026

"Nvidia"nın startap investisiyaları 43 milyard dollara çatdı

21.05.2026

Müasir şəhərlərin yeni tip mütəxəssislərə ehtiyacı var

21.05.2026

Bütün sosial ödənişlər sabah ödəniləcək

21.05.2026

10 gündən 12 aya qədər: "Bank of Baku" seyf icarə şərtləri və qiymətləri

21.05.2026

Əmlakını sığortalayanların ödədiyi pullar hansı şirkətlərə gedib?

21.05.2026

3 milyarddan çox insanın istifadə etdiyi 5 tətbiq

21.05.2026

Məzənnə

Yüklənir...