Redaktor
Müasir şəhərlərin yeni tip mütəxəssislərə ehtiyacı var
Müasir şəhər problemlərinin idarə olunması üçün fərqli sahələri birləşdirə bilən yeni tip mütəxəssislərə ehtiyac var.
Bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Akademiya və Tədqiqat Dəyirmi Masası” adlı panel sessiyada çıxışı zamanı Yerli Hökumətlər Forumunun Baş katibi Lucy Slack bildirib.
O qeyd edib ki, mənzil və torpaq məsələlərinə yalnız ayrı-ayrı sahələr prizmasından yanaşmaq artıq kifayət etmir:
“Bu məsələlər dayanıqlılıq kontekstində və sistemli yanaşma ilə qiymətləndirilməlidir. Problemlərin mürəkkəbliyi və qarşılıqlı asılılığı nəzərə alınmalıdır.
Bu məqsədlə yeni peşəkar magistr proqramı hazırlanıb və burada “sistem inteqratoru” modeli tətbiq olunur.
İdeya ondan ibarətdir ki, mühəndis, memar, nəqliyyat planlayıcısı və ya digər sahələrdən gələn mütəxəssislər sonradan idarəetmə mövqelərinə yüksəlirlər və müxtəlif sahələrdən ibarət komandaları bir arada idarə etməli olurlar”.
Onun sözlərinə görə, belə mütəxəssislər resursları məhdud olan mürəkkəb institusional mühitdə həm dövlət qurumları, həm özəl sektor, həm də ictimai təşkilatlarla işləməyi bacarmalıdırlar.
“Ən vacib məsələ problemlərin düzgün müəyyənləşdirilməsidir. Bunun üçün müxtəlif məlumat bazalarını birləşdirmək, ortaq yanaşma formalaşdırmaq və həlləri birlikdə hazırlamaq lazımdır”.
Baş katib həmçinin vurğulayıb ki, təhsil prosesi yalnız klassik mühazirələrlə məhdudlaşmamalıdır:
“Tələbələr müxtəlif institusional mühitlərdə - bələdiyyələrdə, özəl sektorda və ictimai təşkilatlarda praktik fəaliyyətə cəlb olunmalıdırlar. Çünki fərqli institutların necə işlədiyini praktik şəkildə hiss etmədən mürəkkəb qərarların qəbulunu öyrənmək mümkün deyil”.
L.Slack onu da əlavə edib ki, hazırda tələbələrin və peşəkarların süni intellektlə işləmək bacarıqlarının inkişafı üzərində də iş aparılır:
“Texnologiyalar düşüncəni və qərarverməni əvəz etməməlidir. Məqsəd analitik imkanları gücləndirmək və etik qərarların qəbulunda insanlara dəstək verməkdir”, - deyə o qeyd edib.
Modern.az
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNaxçıvanda Turizm Departamenti ləğv edilib
21.05.2026İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
21.05.2026Sement ixracından əldə olunan gəlirlər 4 milyon azalıb
21.05.2026Pilotlar narazıdır: Günəş elektrik stansiyası hava səyahətləri üçün təhlükə yaradır
21.05.2026Britaniya deputatlardan sosial media etirazı: "Məktəbə yorğun gedirlər"
21.05.2026İşsizlərin ən çox cəmləşdiyi rayonlar - CƏDVƏL
21.05.2026Mobil rabitə gəlirləri açıqlandı
21.05.2026AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub ®
21.05.2026Dünya neft qıtlığı astanasındadır: Ehtiyatlar rekord sürətlə azalır
21.05.2026"SpaceX" IPO-suna "Goldman Sachs" rəhbərlik edəcək
21.05.2026Bakı-Tbilisi-Bakı qatarının qiymətləri tam açıqlandı - CƏDVƏL
21.05.2026Azərbaycanda düyünün orta idxal qiyməti 8,6% azalıb
21.05.2026