Redaktor
Pilotlar narazıdır: Günəş elektrik stansiyası hava səyahətləri üçün təhlükə yaradır
Günəş elektrik stansiyaları enerji sektorunun gələcəyi kimi getdikcə daha çox qəbul edilir. Lakin onların geniş yayılması əvvəlcə nəzərə alınmayan yeni problemləri də ortaya çıxarır.
Valyuta.az xəbər verir ki, bu barədə "Ecoportal" yazır.
ABŞ-ın Kaliforniya ştatının Mojave səhrasında yerləşən “Ivanpah” günəş-termal elektrik stansiyası ənənəvi günəş panelli stansiyalardan fərqlənir. Burada elektrik birbaşa panellərlə deyil, günəş şüalarının istiliyə çevrilməsi hesabına istehsal olunur. Günəş şüaları nəhəng güzgülər vasitəsilə mərkəzi qüllələrə yönəldilir və burada su buxara çevrilərək turbinləri fırladır.
Adi qara və ya mavi panellər əvəzinə, bu stansiya daim günəşi izləyən və işığı bir neçə qülləyə yönləndirən minlərlə güzgüdən istifadə edir. Məhz həmin nöqtələrdə yüksək temperatur yaradılaraq enerji istehsal edilir.
Məqaləyə görə, qüllələrin yaxınlığında temperatur bəzən 500°C-dən də yüksək olur. Bu səbəbdən ərazidə “ölümcül istilik zonaları” yaranıb.
Stansiya işçiləri ərazidə tez-tez yanmış quşlar və lələklər müşahidə ediblər. Səbəb isə güzgülərdən əks olunan şüalara düşən quşların havada ciddi yanıq xəsarətləri almasıdır.
Lakin sonradan problem təkcə vəhşi təbiətlə məhdudlaşmayıb. Stansiya yaxınlığından keçən pilotlar kabinələrdə güclü işıq parıltıları və qəfil koredici effektlər barədə şikayətlər etməyə başlayıblar.
Bəzi pilotlar qısa müddətli görmə itkisi və marşrut keçərkən “son görüntü izləri” yaşadıqlarını bildiriblər. Tədqiqatçılar bunun müəyyən bucaq altında günəş işığının güzgülərdən son dərəcə güclü əks olunması ilə bağlı olduğunu müəyyən ediblər.
Pilotlar bu effekti birbaşa güclü günəş şüasına baxmaqla müqayisə ediblər.
Mütəxəssislərin sözlərinə görə, bu təsir cəmi bir neçə saniyə davam etsə də, aviasiya təhlükəsizliyi üçün narahatlıq yaradır – xüsusilə aşağı hündürlükdə uçuşlar zamanı.
Şikayətlərdən sonra problemin həlli üçün güzgülərin müəyyən dövrlərdə istiqamətinin dəyişdirilməsi və yaxın ərazilərdə uçuş marşrutlarının tənzimlənməsi təklif edilib.
Məqalədə qeyd olunur ki, layihə əvvəlcə bərpa olunan enerji sahəsində inqilab kimi təqdim edilsə də, sonradan konsentrasiyalı günəş enerjisi texnologiyasının gözlənilməz risklərini üzə çıxarıb və gələcək layihələr üçün xəbərdarlıq rolunu oynayıb.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNaxçıvanda Turizm Departamenti ləğv edilib
21.05.2026İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
21.05.2026Sement ixracından əldə olunan gəlirlər 4 milyon azalıb
21.05.2026Pilotlar narazıdır: Günəş elektrik stansiyası hava səyahətləri üçün təhlükə yaradır
21.05.2026Britaniya deputatlardan sosial media etirazı: "Məktəbə yorğun gedirlər"
21.05.2026İşsizlərin ən çox cəmləşdiyi rayonlar - CƏDVƏL
21.05.2026Mobil rabitə gəlirləri açıqlandı
21.05.2026AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub ®
21.05.2026Dünya neft qıtlığı astanasındadır: Ehtiyatlar rekord sürətlə azalır
21.05.2026"SpaceX" IPO-suna "Goldman Sachs" rəhbərlik edəcək
21.05.2026Bakı-Tbilisi-Bakı qatarının qiymətləri tam açıqlandı - CƏDVƏL
21.05.2026Azərbaycanda düyünün orta idxal qiyməti 8,6% azalıb
21.05.2026