Redaktor
"SpaceX" IPO-suna "Goldman Sachs" rəhbərlik edəcək
İlon Maskın "SpaceX" şirkəti birjaya çıxış üçün vacib mərhələ sayılan S-1 sənədini yayımlayıb. Şirkətin IPO prosesinə rəhbərlik edən əsas bank isə "Goldman Sachs" olub.
Valyuta.az xəbər verir ki, sənəddə şirkətin bazar dəyəri rəsmi olaraq açıqlanmasa da, əvvəlki qiymətləndirmələrdə "SpaceX"in dəyərinin 2 trilyon dollara çatdığı bildirilirdi. Bu isə onu dünyanın ən bahalı şirkətlərindən birinə çevirir.
"SpaceX" 2025-ci ildə 18,7 milyard dollar gəlir əldə etsə də, 4,9 milyard dollar zərər edib.
IPO prosesində əsas iştirakçılar sırasında "Morgan Stanley", "Bank of America", "Citigroup" və "JPMorgan Chase" də yer alır. Ümumilikdə isə layihədə 23 maliyyə qurumu iştirak edir.
Şirkətin səhmləri "SPCX" tickeri ilə həm "Nasdaq", həm də Texasdakı "Nasdaq Texas" platformasında listinq olunacaq.
Ekspertlərin fikrincə, bu IPO ABŞ bankları üçün rekord gəlir mənbəyinə çevrilə bilər. Məlumata görə, 75 milyard dollarlıq səhm təklifi zamanı bank komissiyaları 1 milyard dollardan çox ola bilər.
Florida Universitetinin professoru Cey Ritter bildirib ki, bu miqyasda IPO bazar üçün “misilsiz hadisə” hesab olunur.
Qeyd edək ki, IPO bazarında son aylarda aktivlik əhəmiyyətli dərəcədə artıb və böyük banklar kapital bazarlarında gəlirlərinin yüksəldiyini açıqlayıblar.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNaxçıvanda Turizm Departamenti ləğv edilib
21.05.2026İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
21.05.2026Sement ixracından əldə olunan gəlirlər 4 milyon azalıb
21.05.2026Pilotlar narazıdır: Günəş elektrik stansiyası hava səyahətləri üçün təhlükə yaradır
21.05.2026Britaniya deputatlardan sosial media etirazı: "Məktəbə yorğun gedirlər"
21.05.2026İşsizlərin ən çox cəmləşdiyi rayonlar - CƏDVƏL
21.05.2026Mobil rabitə gəlirləri açıqlandı
21.05.2026AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub ®
21.05.2026Dünya neft qıtlığı astanasındadır: Ehtiyatlar rekord sürətlə azalır
21.05.2026"SpaceX" IPO-suna "Goldman Sachs" rəhbərlik edəcək
21.05.2026Bakı-Tbilisi-Bakı qatarının qiymətləri tam açıqlandı - CƏDVƏL
21.05.2026Azərbaycanda düyünün orta idxal qiyməti 8,6% azalıb
21.05.2026