Azərbaycanlı cütlük qarşılaşdıqları problemdən startap qurdu

Redaktor

06.05.2026 13:40
1,658

Azərbaycanlı cütlük qarşılaşdıqları problemdən startap qurdu - Biznesin 10 mindən çox istifadəçisi var

“MenzilPark” startapının həmtəsisçiləri Aysel və Ələkbər Heydərov şəxsi yaşayış təcrübələrindən yaranan problemi biznes ideyasına çeviriblər.

“Valyuta.az “TheTech”ə istinadən xəbər verir ki, həmtəsisçilərin bildirdiyinə görə, yaşadıqları yaşayış kompleksində idarəetmə tamamilə ənənəvi üsullarla aparılırdı.

Kommunal ödənişlər yalnız nağd şəkildə və məhdud saatlarda qəbul edilir, məlumatlandırma isə kağız elanlarla həyata keçirilirdi.

Onlar bildiriblər ki, vaxtında ödəniş edə bilmədikləri üçün bir müddət elektrik enerjisinin kəsilməsi ilə də qarşılaşıblar. Sakinlər çox vaxt suyun və digər xidmətlərin dayandırılması ilə bağlı elanları görmədiklərindən əvvəlcədən məlumat ala bilmirdilər.

Aysel Heydərovanın sözlərinə görə, problemlər yalnız sakinlərlə məhdudlaşmırdı. İdarəedici şirkətlər də borcların uçotunu əl ilə aparır, borclu sakinlərin qapılarına elan yapışdırır və əməkdaşlar insanlara bir-bir zəng etməli olurdular. Bu isə sistemin rəqəmsallaşmaya ciddi ehtiyac duyduğunu göstərirdi.

Bundan sonra tərəflər yaşayış komplekslərinin idarə olunmasını rəqəmsallaşdıran platforma yaratmağa qərar veriblər. “MenzilPark” sakinlər üçün onlayn ödəniş, bildiriş və birbaşa əlaqə imkanları təqdim edir. İdarəedici şirkətlər isə bütün əməliyyat proseslərini vahid inzibati panel üzərindən idarə edə bilirlər.

Layihənin inkişafında “ABB Innovation” hakatonu mühüm rol oynayıb. Komanda əvvəlcə yalnız ilk 10 komandanın sırasına düşərək inkubasiya proqramına qəbul olunmağı hədəfləsə də, ideya münsiflər tərəfindən yüksək qiymətləndirilib və startap qalib elan olunub. Bundan sonra layihə inkubasiya mərhələsinə keçib və biznes modeli üzərində işlənilib.

Həmtəsisçilər qeyd ediblər ki, startapın ilk mərhələdə inkişafı şəxsi vəsait hesabına həyata keçirilib. Aysel Heydərova işləməyə davam edib, həyat yoldaşı Ələkbər Heydərov isə əsas işindən ayrılaraq tam şəkildə layihəyə fokuslanıb. Komanda qazandıqları bütün qrant və mükafatları yenidən məhsulun inkişafına yatırıb. 

Müştərilər əsasən “Kimlərlə işləyirsiniz?” və “Hansı uğurlu nümunələriniz var?” kimi suallar verirdilər. Bu səbəbdən ilk müqaviləni əldə etmək onlar üçün ən çətin mərhələ olub.

Bildiriblər ki, ikinci müştərilərini isə təsadüf nəticəsində qazanıblar. İlk istifadəçilərdən biri sistemi bəyənərək onu başqa yaşayış kompleksinə tövsiyə edib və bu, layihənin böyüməsində mühüm rol oynayıb.

Hazırda “MenzilPark” Azərbaycanda onlarla yaşayış kompleksində istifadə olunur və 10 mindən çox aktiv istifadəçiyə malikdir. Şirkət əsasən yüksək xidmət səviyyəsi təqdim edən premium yaşayış kompleksləri ilə əməkdaşlıq edir.

Layihə müxtəlif müsabiqə və proqramlarda da uğur qazanıb. Startap “ABB Hackathon Startup Challenge” müsabiqəsində ikinci yerə layiq görülüb, “KOBIA”dan qrant alıb, “Baku ID Startup Battle 2024” yarışmasının qalibi olub və “MilliNet 2025”də “Business Solution of the Year” seçilib.

Bundan əlavə, “MenzilPark” “EBRD” proqramına da seçilib. Proqram çərçivəsində layihəyə 50 min avroya qədər maliyyə dəstəyi nəzərdə tutulur.

Komanda gələcəkdə platformanı “all-in-one” yaşayış ekosisteminə çevirməyi planlaşdırır. Bildirilib ki, gələcəkdə tətbiq vasitəsilə təmizlik xidməti sifariş etmək, su çatdırılması üçün müraciət göndərmək və digər məişət xidmətlərini idarə etmək mümkün olacaq. Startap beynəlxalq bazarlara çıxış imkanlarını da araşdırır.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakı Bulvarının uzunluğu 25 kilometrə çatdırılacaq

19.05.2026

Bir elektromobilin orta qiyməti 11 min manat azalıb

19.05.2026

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 38,8 manat artıb

19.05.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

19.05.2026

Eldar Əzizov: Bakıda sovet dövründə tikilmiş binaların yerində müasir yaşayış kompleksləri inşa olunur

19.05.2026

Eldar Əzizov: Yağışlarla bağlı mübarizədə müəyyən islahatlar aparılmalıdır

19.05.2026

Bu şəxslər üçün işə qəbul qaydaları sərtləşdirilir

19.05.2026

Pomidor ixracı ölkəyə 75 milyondan çox qazandırıb

19.05.2026

Azərbaycanın Britaniyadakı səfirliyinə təhsil müşaviri təyin edilib

19.05.2026

Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın ®

19.05.2026

İlham Əliyev Slovakiya baş nazirinin müavinini qəbul edib

19.05.2026

Nazir: "Azərbaycanda yoxsulluq səviyyəsi 49%-dən 5%-ə endirilib"

19.05.2026

Kriptoda yeni hücum: 77 milyon dollarlıq saxta token dövriyyəyə buraxıldı

19.05.2026

Azərbaycanda içməli suyun təhlükəsizliyi necə yoxlanılır? - Nazirlik rəsmisindən açıqlama

19.05.2026

Tramp 10 milyard dollarlıq iddianı geri götürdü

19.05.2026

"Bitcoin" üçün həyəcan təbili: Kritik səviyyəyə yaxınlaşır

19.05.2026

Sabah 28 dərəcə isti olacaq

19.05.2026

Balıq məhsullarına ƏDV yeni qaydada hesablanacaq

19.05.2026

Beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə dəyişib

19.05.2026

Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin sayı 2 dəfə azalsa da, gəlirlərini 4,4 dəfə artırdı

19.05.2026

Məzənnə

Yüklənir...