Redaktor
Bağlanan özəl universitetin binası BDU-ya verildi
Bakı Dövlət Universitetinin 1 saylı tədris korpusunda təmir-bərpa işləri aparıldığından bir neçə müddətdir Hüquq və Filologiya fakültələrində dərslərin təşkili BDU-nun digər tədris binasında aparılırdı.
Valyuta.az APA-ya istinadən xəbər verir ki, yaxın vaxtlarda həmin fakültələr keçmiş Asiya Universitetinin binasına köçürülüb.
BDU-dan məlumatı təsdiqləyiblər.
Həmçinin vaxtilə Asiya Universitetinin yerləşdiyi binanın üzərinə "Bakı Dövlət Universiteti, C korpusu” sözləri yazılıb.
Məlumata görə, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 116 ünvanında yerləşən bina Hüquq və Filologiya fakültələri əvvəlki binaya köçürüldükdən sonra da BDU-nun korpusu kimi fəaliyyət göstərəcək.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Metatesk”in hədəfi Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən şirkətlərdən biri olmaqdır - MÜSAHİBƏ
15.04.2026
“AccessBank”ın vaxtı keçmiş kreditləri 7,6 milyon manat artıb
15.04.2026Avro və rubl bahalaşmaqda davam edir
15.04.2026