Redaktor
"Bank Respublika"nın verdiyi kreditlərin ödənişinin gecikdiyi sektorlar
Bank Respublikanın 2026-cı ilin I rübünə kreditlərin iqtisadi sektorlar üzrə cəmi kredit portfeli 1 milyard 635 milyon 68,11 min manat olub.
Valyuta.az xəbər verir ki, bunun 17 milyon 235,03 min manatı vaxtı keçmiş kreditlərin payına düşüb.
Vaxtı keçmiş kreditlərin ən böyük hissəsi fiziki şəxslərə verilən şəxsi, ailəvi və digər məqsədli kreditlərdə qeydə alınıb. Bu istiqamətdə problemli kreditlərin həcmi 6 milyon 891,51 min manat təşkil edib.
Bankın geri qaytarılmasında problem yaşadığı digər əsas sahələr kənd təsərrüfatı və ticarət sektoru olub. Kənd təsərrüfatında vaxtı keçmiş kreditlər 3 milyon 840,6 min manat, ticarət müəssisələrində isə 2 milyon 486,46 min manat olub.
| Kreditlərin iqtisadi sektorlar üzrə bölgüsü | Vaxtı keçmiş kreditlər (min manatla) | Cəmi (min manatla) |
|---|---|---|
| Şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər, cəmi | 6,891.51 | 547,964.69 |
| Kənd təsərrüfatı | 3,840.60 | 403,054.41 |
| Ticarət müəssisələrinə kredit,cəmi | 2,486.46 | 306,473.35 |
| Nəqliyyat, cəmi | 1,979.35 | 69,771.78 |
| Digər qeyri-istehsal və xidmət sahələri | 1,398.59 | 120,860.99 |
| Yaşayış sahəsinin tikintisi və təmirinə | 1,125.88 | 43,459.45 |
| 20.05.2026 |
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
“Bank Respublika” qaydaları pozdu, məsul şəxslərlə bağlı məcburi sərəncam verildi
"Bank Respublika"da təhlükəli kreditlər 62%-dən çox artıb
Azərbaycanda ən çox vergi ödəyən banklar - SİYAHI