Redaktor
Bazar günü işə gəlməyən işçi işdən çıxarıla bilər? - Hüquqşünas açıqladı
Valyuta.az-a danışan korporativ hüquqşünas Taleh Rzayev bildirib ki, bu vəziyyət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir neçə fundamental prinsipinin ciddi şəkildə pozulması deməkdir. İşəgötürənin bu yanaşması həm inzibati, həm də hüquqi məsuliyyət yaradır:
"Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda isə gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, əlavə iş vaxtının verilməsi üçün işçinin yazılı razılığı olmalıdır. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. İşəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İstirahət günlərində işə cəlb edilmə yalnız müstəsna hallarda (təbii fəlakət, qəza və s.) mümkündür. Digər hallarda işçinin yazılı razılığı mütləqdir".
“Gəlməsəniz, yollarımızı ayıracağıq” ifadəsi qanunsuzdur. İstirahət günündə işə gəlməmək əmək funksiyasının pozulması deyil və bu səbəbdən müqaviləyə xitam verilə bilməz. Bu, psixoloji təzyiq və əmək hüquqlarının sui-istifadəsidir. İnzibati Xətalar Məcəlləsinə əsasən, işçinin iş vaxtından artıq işlədilməsi və buna görə əlavə haqqın ödənilməməsinə görə işəgötürən min manatdan iki min manatadək məbləğdə cərimə edilir", - deyə T.Rzayev əlavə edib.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlk 5 ayda nağd xarici valyuta alışı satışdan 311 milyon dollar çox olub
24.06.2026“ByteDance"dan süni intellekt sahəsində yeni addım
24.06.2026
"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb - CƏDVƏL
24.06.2026Mərkəzi Bank uçot faiz dərəcəsini sabit saxlayıb
24.06.2026“Sığorta haqları 23% artaraq 1,5 milyard manata çatıb”
24.06.2026"Kred Aqro" BOKT-da direktor vəzifəsinə təyinat olub
24.06.2026İlon Mask trilyonçu statusunu itirib
24.06.2026