"Bitcoin" şirkəti "Nasdaq"dan çıxmamaq üçün səhmləri birləşdirir

Redaktor

22.05.2026 13:56
118

"Bitcoin" şirkəti "Nasdaq"dan çıxmamaq üçün səhmləri birləşdirir

"Bitcoin" ehtiyatları ilə tanınan "Nakamoto" şirkəti "Nasdaq" birjasında qalmaq üçün səhmlərin tərs bölünməsi qərarı verib.

Valyuta.az xəbər verir ki, şirkət 1-ə 40 nisbətində tərs bölünmə həyata keçirəcək. Bu qərara əsasən, investorların əlində olan hər 40 ədəd "NAKA" səhmi 1 yeni səhmə çevriləcək. Bununla səhmlərin sayı azalsa da, qiyməti nəzəri olaraq 40 dəfə artacaq. Şirkətin ümumi bazar dəyərində isə dəyişiklik olmayacaq.

Qeyd edək ki, "Nasdaq" birjasında listinqdə qalmaq üçün şirkətlərin səhmləri müəyyən müddət ərzində ən azı 1 dollar səviyyəsində ticarət olunmalıdır. Uzun müddətdir bu həddin altında qalan "Nakamoto" şirkəti birjadan “delist” olunma təhlükəsi ilə üz-üzə qalmışdı.

"NAKA" kodu ilə ticarət olunan səhmlər ötən ilin may ayında IPO-dan sonra bir müddət 25 dolları keçsə də, daha sonra kəskin ucuzlaşıb. Son həftələrdə isə səhmin qiyməti 0,20 dolların da altına düşüb.

Şirkətin açıqlamasına görə, dövriyyədə olan səhmlərin sayı 696 milyondan 17,4 milyona enəcək. Buna baxmayaraq, birjadakı “NAKA” kodu dəyişməyəcək. Tərs bölünmə prosesi 22 may tarixindən etibarən qüvvəyə minəcək.

Devid Beylinin rəhbərlik etdiyi şirkətin balansında 5700-dən çox "Bitcoin" mövcuddur.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...