Redaktor
"CME Group" və "Nasdaq" yeddi kriptovalyutanı əhatə edən yeni məhsul təqdim edir
"CME Group" və "Nasdaq" yeddi böyük kriptovalyutanı əhatə edən yeni indeks məhsulunu təqdim edir.
Valyuta.az xəbər verir ki, “Nasdaq CME Crypto Index Futures” adlı yeni kripto fyuçers məhsulu 8 iyun tarixindən etibarən ticarətə açılacaq. Məhsulun istifadəyə verilməsi üçün tənzimləyici qurumların təsdiqi gözlənilir.
Yeni müqavilələr bazar dəyərinə görə seçilmiş yeddi əsas kriptovalyutanı əhatə edəcək. Bunlar "Bitcoin", "Ethereum", "Solana", "XRP", "Cardano", "Chainlink" və "Stellar" olacaq.
Məhsul investorlara ayrı-ayrı kriptovalyutalar üzrə deyil, tək bir müqavilə vasitəsilə ümumi bazara yatırım etmək imkanı yaradacaq. "CME Group"un Kripto Məhsulları üzrə rəhbəri Giovanni Vicioso bildirib ki, bu məhsul investorlar üçün tənzimlənən və daha şəffaf investisiya aləti olacaq.
Şirkətin məlumatına görə, "CME"nin kripto fyuçers məhsulları artıq ümumi kriptovalyuta bazarının 75%-dən çoxunu əhatə edir. Yeni indeks məhsulu isə xüsusilə institusional investorların bazara çıxışını daha da asanlaşdıracaq.
Sərvanə Rəmixanova