Dünyanın ən yaxşı pivələri seçildi - 50 ölkədən 8 mindən çox pivə yarışdı

Redaktor

24.04.2026 19:19
143

Dünyanın ən yaxşı pivələri seçildi - 50 ölkədən 8 mindən çox pivə yarışdı

Pivə sənayesinin ən nüfuzlu beynəlxalq müsabiqələrindən biri sayılan "2026 World Beer Cup"ın qalibləri açıqlanıb.

Valyuta.az xəbər verir ki, “Pivə Olimpiadası” kimi tanınan yarışmada bu il 50 ölkədən istehsalçılar iştirak edib. 

Müsabiqə çərçivəsində 1 644 pivə zavodundan təqdim olunan 8 166 pivə nümunəsi 113 pivə və 5 sidr kateqoriyası üzrə qiymətləndirilib. Ümumilikdə 186 üslub üzrə medalçılar müəyyənləşdirilib. Münsiflər heyətində isə 37 ölkədən 255 ekspert yer alıb. 

Bazarda hansı pivələr önə çıxır?

Məlumata görə, bu il ən çox iştirakçı cəlb edən kateqoriya "West Coast-Style India Pale Ale" (IPA) olub. Bu kateqoriyada 293 nümunə yarışıb. Bunun ardınca "Juicy or Hazy IPA" kateqoriyası gəlib. Ekspertlər bunu istehlakçı zövqündə dəyişiklik və daha klassik, acı dada malik IPA növlərinə dönüş kimi qiymətləndirirlər. 

Eyni zamanda lager növlərinə marağın artdığı da qeyd olunur. Xüsusilə Alman və Çex üslublu lager kateqoriyalarında iştirak sayının yüksək olması bazardakı yeni tendensiyaları göstərir. 

Ən yaxşı pivələr hansılar oldu?

Bəzi əsas kateqoriyalar üzrə qaliblər belədir:

Ən yaxşı meyvəli pivə: Yuzu Lager – ABŞ

Ən yaxşı alkoqolsuz pivə: Non-Alcohol Weissbier – Çin

Ən yaxşı klassik IPA: Immutable Dawn – ABŞ

Ən yaxşı West Coast IPA: Project Alpha 81 – ABŞ

Ən yaxşı Alman üslublu pilsner: 801 Pilsner – ABŞ

Ən yaxşı sidr: Classic Dry – ABŞ

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda bələdiyyə torpağı niyə "ucuz"dur? - Nəzarət mexanizmləri - ARAŞDIRMA

26.04.2026

İlon Mask: "Süni intellekt dövründə pensiya yığmağa ehtiyac qalmaya bilər"

26.04.2026

Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir

26.04.2026

Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb

26.04.2026

Restoranların "vaxt limiti" oyunu: Müştərini məcburi sifarişə vadar etmək qanunidirmi?

26.04.2026

1 hektar tütün sahəsindən nə qədər gəlir qazanmaq mümkündür?

26.04.2026

Clopos INMerge Ventures-dan investisiya cəlb edib

25.04.2026

Yeni tikilən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbi nədir?

25.04.2026

Yüz minlərlə evin gecikən "kupça"sı - Çıxış yolu

25.04.2026

Sərvəti kim daha uzun qoruyur - öz zəhməti ilə qazananlar, yoxsa miras varlıları?

25.04.2026

Startaplarda “Biz nə edirik?” yox, “nəyi dəyişirik?” dövrü

25.04.2026

Azərbaycanda 13,9 min tondan çox duru bitki yağı istehsal olunub

25.04.2026

Kevin O’Liri: Əksər insanların etdiyi 2 axmaq pul səhvi

25.04.2026

Süni intellektin insanı əvəz etməyəcəyi sahələr: Ekspert əsas peşələri açıqladı

25.04.2026

Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

25.04.2026

Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər

25.04.2026

İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

25.04.2026

Prezident: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

25.04.2026

Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub

25.04.2026

20 saatdan çox havada: Dünyanın ən uzun fasiləsiz reysi istifadəyə veriləcək

25.04.2026

Məzənnə

Yüklənir...