Redaktor
“FINCA Azerbaijan”ın xalis mənfəəti 2 dəfəyə yaxın azalıb
“FINCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatı 2025-ci ili 1 milyon 620 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 1 milyon 535 min manat və ya 48,7 faiz azalma deməkdir.
Qeyd edək ki, təşkilat 2024-cü ildə 3 milyon 155 min manat xalis mənfəət əldə etmişdi.
BOKT-un cəmi öhdəlikləri hesabat dövründə 57 milyon 571 min manat təşkil edib.
Bu göstərici illik müqayisədə 713 min manat və ya 1,2 faiz azalıb. 2024-cü ildə cəmi öhdəliklərin həcmi 58 milyon 284 min manat olub.
2025-ci ildə “FINCA Azerbaijan”ın cəmi aktivləri 75 milyon 29 min manat səviyyəsində qərarlaşıb.
Bu isə əvvəlki illə müqayisədə 1 milyon 350 min manat və ya 1,8 faiz azalma deməkdir.
Belə ki, 2024-cü ildə qurumun cəmi aktivləri 76 milyon 379 min manat təşkil etmişdi.
Müştərilərə verilmiş xalis kredit portfeli də azalma nümayiş etdirib.
Belə ki, 2025-ci ildə xalis kreditlərin həcmi 62 milyon 956 min manat olub ki, bu da illik müqayisədə 964 min manat və ya 1,5 faiz azdır.
2024-cü ildə həmin göstərici 63 milyon 920 min manat təşkil edib.
Tənzilə Ağabalayeva