Gəncədə milyonluq audit pozuntuları üzə çıxdı - müqavilə dəyərləri şişirdilib

Redaktor

22.04.2026 13:03
535

Gəncədə milyonluq audit pozuntuları üzə çıxdı - müqavilə dəyərləri şişirdilib

Hesablama Palatası 2025-ci ilin İş planına uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyətində audit keçirib.

Audit zamanı mənzil fondunun əsaslı təmirinə, yolların yenilənməsinə, şəhərin abadlaşdırılması və təmir-tikinti işlərinə ayrılan vəsaitlərin istifadəsi araşdırılıb. Bununla yanaşı, dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilən

Gəncə şəhərində İdman Sarayının tikintisi və qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlər üçün nəzərdə tutulan 249 mənzilli yeni yaşayış binalarının tikintisi layihələri də yoxlanılıb. Yoxlamanın məqsədi dövlət vəsaitləri ilə dövlət əmlakının idarə olunmasının qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını müəyyən etmək olub.

Valyuta.az xəbər verir ki, audit 01.01.2023-cü il tarixindən 01.07.2025-ci il tarixinədək olan dövrü əhatə edib və ümumi məbləğ 192 milyon manat təşkil edib. Audit nəticəsində bir sıra pozuntular aşkarlanıb.

Belə ki, “Gəncə İdman Sarayının tikintisi” obyektində torpaq və bünövrə işləri əvvəlcə bazis üsulu ilə hesablanaraq rəsmiləşdirilib, daha sonra isə 2 il sonra resurs metodu ilə yenidən hesablanıb və yeni qiymətlərlə smetaya daxil edilib. 

Nəticədə işlərin ehtimal dəyəri artıb, müqavilə məbləği isə 6 164 850,38 manat yüksəlib.

Eyni layihədə smeta və layihə sənədlərində nəzərdə tutulan bəzi işlər icra edilməyib, bəzi avadanlıqlar alınmayıb, sifarişçiyə aid xərclərin bir hissəsi isə görülən işlərin dəyərinə daxil edilib. Qanunvericiliyin tələblərinə əməl olunmaması nəticəsində işlərin dəyəri əlavə olaraq 3 355 322,96 manat artırılıb.

Mənzil fondunun əsaslı təmiri üzrə isə bəzi işlər faktiki yerinə yetirilməsə də, görülmüş iş kimi qəbul aktlarına salınıb. Müqavilədə nəzərdə tutulmayan bəzi işlər üzrə də sənədləşmə aparılıb. Nəticədə işlərin dəyəri 2023-cü ildə 144 277,58 manat, 2024-cü ildə isə 258 197,66 manat artırılıb və podratçılara artıq ödəniş edilib.

Audit zamanı həmçinin müəyyən olunub ki, bəzi obyektlər üzrə icra sənədləri normativ qaydalara uyğun tərtib edilməyib, alış sənədləri üzrə mühasibat yazılışları vaxtında aparılmayıb. Bu isə qanunvericiliyin, o cümlədən Vergi Məcəlləsinin tələblərinə əməl olunmaması riskini yaradıb.

Bundan əlavə, tikintisi 2024-cü ildə başa çatan bəzi obyektlər üzrə sənədləşmə vaxtında aparılmayıb və istifadəyə qəbul prosesi gecikib. Nəticədə mühasibat uçotunda başa çatmamış tikililərin dəyəri olduğundan yüksək göstərilib.

Hesabatda qeyd olunub ki, 2023-cü ildə mənzil fondunun əsaslı təmiri üzrə podratçı tərəfindən bəzi işlər yerinə yetirilmədiyi üçün həmin vəsaitin bərpası məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat  İstehsalat Birliyi 03 iyun 2024-cü ildə Gəncə Kommersiya Məhkəməsində podratçıya qarşı iddia qaldırıb. Hazırda məhkəmə prosesi davam edir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı modeil açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Xocalıda tekstil evi açıldı

29.05.2026

Məzənnə

Yüklənir...